beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürək tutulmalarına çarə tapılıb

İtaliyalı kardioloqlar insan orqanizmində ürək tutmalarının qarşısını ala biləcək molekul aşkar ediblər.

İtaliyalı kardioloqlar apardıqları araşdırmalar nəticəsində orqanizmdə arteriya damarlarının tutulması hallarının qarşısını ala biləcək CD31 adlı molekul aşkar ediblər.
Romanın "La Cattolica" Universitetinin yaydığı xəbərə görə, bərkimiş arteriyaları olan insanların qan damarlarında aterosklerotik ərp adlanan maddə toplanır.

Bunun nəticəsində həmin damarlar partlaya bilər, beləliklə ürəyə qan axınında əngəl yaranar və kardiak boğulma baş verə bilər.
Alimlər aşkar ediblər ki, CD31 molekulu həmin ərpin damarı boğmasının qarşısını alır.

Bu molekulun insan orqanizmində mövcud olduğu artıq sübuta yetirilib, tədqiqatçılar orqanizmdə onun necə hərəkət etdiyinə bələddirlər.

Hazırda ürək-damar xəstəlikləri olan insanların müalicəsində bu tədqiqatın nəticələrinin necə istifadə oluna biləcəyi araşdırılır.


Tarix: 16.01.2015 / 12:52 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Kardiologiya