beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Analığa hazırlıq

Analığa hazırlıq hamiləlikdən çox əvvəl başlayır. Əslində bu hazırlıq hələ uşaqlıqdan başlamalı, arasıkəsilmədən hamiləliyə doğuşa və analığa və atalığa hazırlıq şəklində davam etməlidir. Hamiləlik baş verməzdən əvvəl bir çox hazırlıqlar aparılmalıdır. Döllənmədən əvvəl Sizin sağlamlıq vəziyyətinizin normal olması çox vacibdir. Bu, körpənin inkişafı üçün, xüsusilə də ilk bir neçə həftə ərzində, daha yaxşı şəraitin yaranmasına kömək edər. Sağlamlaşma prosesinə planlaşdırılmış hamiləliyə 3-4 ay (hətta daha erkən) qalmış başlamaq lazımdır. O zaman həkim Sizin fərdi xüsusiyyətlərinizi daha yaxından öyrənər və onun bu baxımdan təyin etdiyi profilaktik üsullar daha gözəl nəticələr verər. Əgər bunu əvvəlcədən etməmisinizsə, elə indi başlayın. Aşağıda Sizin karınıza gələ bilən bir neçə universal məsləhət verilmişdir: Mümkün qədər yaşayış tərzinizi sağlamlaşdırın – alkohol və tütündən imtina etsəniz yaxşıdır. Yadda saxlayın ki, hətta passiv siqaret çəkmə belə dölə ziyan vura bilər (ona görə ailə üzvlərinizdən siqaret çəkən varsa, bunu açiq havada etsə, yaxşı olar) Döllənməyə qarşı olan dərmanların qəbulunu nəzərdə tutulan hamiləlikdən 3-4 ay əvvəl dayandırmaq lazımdır. Istənilən preparatın qəbulu həkimlə məsələt olunmalıdır. Rentgen müayinələrə də, xüsusilə qarın və çanaq boşlüğü orqanlarına, diqqətli olmaq lazımdır. Sağlamlığınızı qoruyun – infeksion xəstəliklərlə yoluxma ehtimalını mümkün qədər azaldın (məcələn, məxmərək və ya KRX). Əgər Sizinlə birlikdə yaşayan ailə üzvlərinizdə zökəm əlamətləri əmələ gəlibsə, həm onlara, həm də öznüzə tənzif maska taxın. Burnunuza interferon tökmək və ya oksalin məlhəmi sürtmək də yaxşı nəticə verə bilər. Ancaq müsbət emosiyalar qəbul etməyə çalışın Siz çox Mühüm İşin yerinə yetirilməsinə hazırlaşırsınız. Digər problemlərin həllini müvəqqəti olaraq bir kənara qoyun. Bu dövrdə keçirdiyiniz stress körpənizə heç də xeyrli olmayacaq. Əgər təhsilinizi və ya işinizi davam etdirirsinizsə, fəaliyətinizi və əmək şəraitinizi gələcək körpənizə olan təsiri baxımından nəzərdən keçirin (radiasiya, elektomaqnit təsirlər, dərman və digər kimyəvi maddələrlə təmas). Əgər Siz ev heyvaları saxlamaq fikrinə düşmüsünüzsə, bu dövr o qədər də uyğun deyil. Bir çox pişiklər və itlər toksoplazmoz infeksiyası ilə yoluxmuş olurlar. Bu xəstəliyin törədicisi hamilə qadının orqanizminə daxil olarsa, ilk növbədə ananın xəstələnməsinə və sonra döldə genetik defektlətin, orqan və toxumaların zədələnməsnə səbəb ola bilər. Həmçinin itlərin bir sıra xəstəlikləri var ki, insanlar da bu xəstəliklərlə yoluxa bilərlər. Ev heyvanına düzgün qulluq etməklə, bir sıra təhlükələri aradan qaldırmaq olar. Itləri vaxtında və düzgün peyvənd etmək lazımdır (xüsusilə, leptospiroza və quduzluğa qarşı). Hamilələr üçün nəzərdə tutlmuş vitamin preparatları əldə edin və onları qəbul etməyə başlayın. Əsas məsələ odur ki, bu preparatların tərkibində 4 mq-dan az olmayaraq fol turşusu olsun. Hamiləlikdən 3 ay əvvəl və sonrakı 12 həftə ərzində qəbul olunan məhz bu vitamin, dölü bir sıra anadangəlmə defektlərdən qoruyur. Artıq indidən pəhrizə riayət etməyə çalışın – sizin qidanız kifayət qədər və lazımi inqridiyentlərlə zəngin olmalıdır. Çay və qəhvə qəbulunu azaldın. Həmçinin şokolad və koka-kolaya da çox aludə olmayın. Əgər planlaşdırdığınız hamiləliyin ilk 4 -6 həftəsi yazın sonu – yayın əvvəlinə düşürsə, çalışın qidanızda qışdan qalan kartofu az istifadə edin. Bu məhsulun tərkib hissələri körpənizdə anadangəlmə qüsurların yaranmasına səbəb ola bilər. Həkim – mütəxəssislərin müayinəsindən keçmək üçün vaxt ayırın. Əgər sağlamlığınızda bir problem varsa (məsələn, xroniki, həmçinin infeksion xəstlik), həkim nə zaman və necə müalicə aparmaq barədə məsləhət verə bilər. Bu məsləhətləri bütün hamiləlik boyunca yadda saxlamaq laımdır, amma xüsusilə ilk 12 ay ərzində daha dəqiq riayət etmək lazımdır.


Tarix: 03.01.2015 / 12:41 Müəllif: Aziza Baxılıb: 124 Bölmə: Körpəyə qulluq