Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Döşlə əmizdirmə qaydaları

1) Uşağın dodaqlarını öz döş gilələrinizə toxundurun, bu uşağı ağzını geniş açmağa məcbur edər. Uşaqlar öz ana südünün iyini hiss edən kimi döşə tərəf dartınırlar. Diqqət edin ki, döşünüzlə uşağın burnunu bağlamayasız.
2) Əgər əmizdirmə sizdə narahatçılıq yaradırsa, barmağınızı ehtiyatla uşağın ağzına qoyun və onu döşdən ayırın və sonra əmizdirməyə yenidən başlayın. Əmizdirmə üçün özünüzə rahat yer seçin ki, sonra çox yorulmayasız və beliniz ağrımasın.
3) Uşağı döşünüzün biri ilə əmizdirməyə çalışmayın. Əmizdirmə zamanı döşlərinizi dəyişmək lazımdı.
4) Əmizdirmədən əvvəl və sonra döş gilələrini sabunla yumayın. Sabun döşü yoluxmadan qoruyan təbii piyləri yuyub aparır. Döş giləsini gündə bir dəfə yumaq kifayətdir. Hər dəfə əmizdirdikdən sonra döş giləsinin ucunda 1 damcı süd saxlayın. Bu çatların yaranmasına əngəl olur.
5) Unutmayın! Nə qədərki, uşağı ana südü ilə yedizdirirsizsə sizdə düzgün qidalanmalısız və çoxlu mayə qəbul etməlisiz (inək südü, C vitamini olan içkilər,...). Yeməklərinizdə çalışın sərt iyli ərzaqları qəbul etmiyəsiz. Çünki ana südü bütün tamları və qoxuları uşağa verir. Bundan körpə rahatsız ola bilər.
6) Səbirli olun, həvəsdən düşməyin. Həm sizdə həm də onda hər şey alınacaqdır.


Tarix: 30.12.2014 / 17:52 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Körpəyə qulluq
loading...