beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpənin çimizdirilməsi

Körpəni çimizdirmə vaxtı onun yaşından asılı olaraq dəyişir. Yeni doğulmuş körpəni 5 dəqiqədən çox yumaq olmaz, 3-4 aylığında isə artıq onu 12-15 dəqiqə çimizdirmək olar.
Zaman keçdikcə çimmək uşaqların çoxu üçün ən sevimli məşğulliyətə çevrilir.Lakin ilk günlərdə bu prosedur yəqin ki,nə sizin üçün,nə də körpəniz üçün heç də həmişə fərəh doğuran məşğuliyyət olmayacaq.Körpə lüt olanda özünü çox da arxayın hiss edə bilmir,ana üçün isə bu kiçik adamcığazı əlinə götürmək bir qədər qorxulu olur.Körpəni ilk dəfə doğum evindən çıxarıldığı gün çimizdirmək lazımdır.Bu işi mümkün qədər asanlaşdırmaq üçün hər çeyi qabaqcadan hazırlamaq tələb olunur.

*Təmiz geyim vasitələri (düyməsiz uşaq köynəyi,sürüngəclər,corab,papaq)
*Təmiz iplik (pambıq parçadan) bələk

*Uşaq bezi
*Pambıqlı çubuqlar
*Peroksid hidrogen məhlulu
*Uşaq kremi
*Saçlar üçün kiçik şotka daraq

Hər şeydən öncə termometr ilə suyun istiliyini ölçün.Bu göstərici təqribən 37 dərəcə-sesi olmalıdır.Yeni doğulmuş körpələr üçün nəzərdə tutulmuş təmizləyici vasitədən bir qədər götürüb,suya əlavə edin.Gündəlik istifadə üçün yumşaq maye vasitələrdən yararlanmaq olar.Körpənin hər yerini yaxşıca yumaq lazımdır ki,büküşlərdə su qalmasın.Sonda isə körpəni yaxşıca yaxalayıb öz xalatına və ya dəsmalına bükmək lazımdır.
İndi sizin körpəniz həmişəkindən daha təravətli və gözəldir...


Tarix: 03.01.2015 / 10:46 Müəllif: Aziza Baxılıb: 143 Bölmə: Körpəyə qulluq