beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anaların çoxdan gözlədiyi nəhayət Azərbaycana gəldi

2007-ci ildə italyan həkim və farmasevtlər tərəfindən hazırlanmış yeni südartırıcı vasitə GALATTOPLUS nəhayət ki, ölkəmizə gəldi. Aprel ayının əvvəllərindən bu preparatı apteklərdən əldə etmək mümkün olacaq. Qeyd edək ki, bu preparat keçmiş sovetlər ölkələrindən ilk dəfə Azərbaycandadır !
Bildiyimiz kimi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ana südü ilə ən azı 6 ay, müqəddəs kitablarda isə 2 ilə qədər uşağı qidalandırmağı tövsiyə edir. Lakin hal-hazırda ölkəmizdə müxtəlif təyinatlı çoxsaylı preparatlar olsa da, bu mənada heç bir dərman vasitəsi demək olar ki, yoxdur. Sahə pediatrları zahı qadınlara zəif südartırıcı təsiri olan bəzi təbii vasitələr məsləhət görməklə kifayətlənirlər.

GALATTOPLUS-un bir neçə müalicə təsiri vardır:
1. Südartırma - adı çəkilən preparatda bu xüsusiyyət təqribən 100 %-ə qədərdir. Yəni südün miqdarını təqribən 2 dəfə artıra bilir.
2. Spazmolitik və qazqovucu - Yenidoğulmuş körpələrdə 6 ayına kimi həzm sisteminin formalaşması fonunda bağırsaq spazmları baş verir. GALATTOPLUS qəbul edən analara bunun qarşısını almaq üçün hər bir körpəyə spazmolitik və qazqovucu preparat verməyə ehtiyac qalmır.
3. Sedativ effekt - yenidoğulmuşalara hər 3 saatdan bir qida verilmdiyini nəzərə alsaq, ananın yuxu rejiminin pozulması və bu fonda sinir sisteminin gərginləşməsi müşahidə oluna bilər. Bu da südün az olmasına səbəb olan amillərdən biridir. Bu mənada sedativ effek preparatın daha bir unikal xüsusiyyəti sayıla bilər.

Hər bir valideyn uşağının qidalanmasını düşündüyü qədər onun sağlamlığını da düşünür. Uşağın ana südü ilə qidalanması vacibdir, lakin bu cür preparatların təhlükəsizliyi onun müalicəvi effektindən daha vacibdir. GALATTOPLUS tam təbii olması (tərkibində 5 müalicəvi bitki vardır) və heç bir əlavə təsirinin olmaması italyan farmasevtlərinin yüksək təcrübəsinin nəticəsidir.
Preparatın apteklərdə satış qiyməti təqribən 12-14 manat olması gözlənilir. Bir qutu preparatın 1 aylıq qəbula kifayət etdiyini nəzərə alsaq, bu məbləğin süni qidalara sərf olunan məbləğdən təqribən iki dəfə ucuz olduğunun şahidi ola bilərik. Dediyimiz məbləğə spazmolitik və qazqovuculara sərf edilən məbləğ də əlavə olunarsa, GALATTOPLUS-un maddi cəhətdən necə sərfəli olması artıq şübhə doğurmur.


Tarix: 30.12.2014 / 17:52 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Körpəyə qulluq