beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kökəlməməyin yolları

Kökəlməyə başladığımız zaman çox vaxt bunun səbəbini qidalanmağımızda axtarır, yeməyimizi azaltmağa başlayırıq. Amma artıq çəkinin yeganə səbəbi çox yemək deyil. Bu dəfə sizə kökəlməyimizə səbəb olacaq digər zərərli nüanslar haqqında məlumat vermək istəyirik. Oxuyun və ideal bədən quruluşuna sahib olmağınıza mane törədən bu kimi vərdişlərdən uzaq durmağa çalışın.

Depressiya
Mütəxəssislər belə hesab edirlər ki, depressiyada olan insanlar digərlərinə nisbətən kökəlməyə daha meyilli olurlar. Bunun əsas səbəbi onların gün ərzində daha çox yağlı və şirin yeməklərə üstünlük verməsidir.
Kökəlməyimizə səbəb olan digər bir amil isə istifadə etdiyimiz depressiya əleyhinə dərmanlardır. Bu dərmanlardan həkim məsləhəti ilə istifadə etsəniz, belə müalicənin sonunda 5-10 kiloqram artıq çəki ala biləcəyinizi əvəlcədən bilməlisiniz. Depressiyanın bu cür fəsadları ilə qarşılaşmaq istəməyən şəxslərə həkimlər dost və ailə ilə daha çox vaxt keçirməyi, yorucu iş rejimində çalışdıqları zaman mütəmadi olaraq özlərinə vaxt ayırmağı məsləhət görürlər.

İstifadə etdiyiniz dərmanlar
Siz o qədər də əhəmiyyət verməsəniz belə, bəzən istifadə etdiyiniz yanlış dərmanlar səhhəttinizdə sağalmayan yaralar aça bilər. Mütəxəssislər bildirirlər ki, artıq çəkidən şikayətlənməyimizin əsas səbəblərindən biri də həkim məsləhəti olmadan istifadə etdiyimiz dərmanlardır. Xüsusən də qadınların istifadə etdiyi hamiləliyə qarşı dərmanlar, hormon pozuntuları ilə əlaqədar istifadə edilən həblər və qan xəstəlikləri ilə bağlı istifadə edilən dərmanların əsas yan təsirlərindən biri də kökəlməyimizə vasitə olmasıdır.

Həzm problemləri
Bağırsaqların işindəki nasazlıq həzm problemlərinin yaranmasına səbəb olur. Adi halda yemək yedikdən bir saat sonra bağırsaqlar işləməyə başlayır. Əgər siz bağırsaqlarınızın düzgün işləmədiyini düşünürsünüzsə, çox güman ki, bunun əsas səbəbi bədəninizdə yetərincə su olmaması və lif əksikliyidir. Bunun üçün mütəxəssislər lifli qidalara daha çox üstünlük verməyinizi və gün ərzində çoxlu su içməyinizi məsləhət görürlər. Əgər belə etdiyiniz halda da bu problemi həll edə bilməsəniz, o zaman həkimə müraciət etməyiniz tövsiyyə olunur. Əks halda bütün bu həzm pozuntuları xarici görünüşünüzün heç vaxt arzulamadığınız forma almağına səbəb olacaq.

Vitamin əksikliyi
Orqanizmdə D vitamini, maqnezium və ya dəmir çatışmazlığı immunitet sistemini zəiflədir, bu isə maddələr mübadiləsini ləngidir. Orqanizmin hər hansı bir funksiyasının zəifləməsi dolayısı ilə digər funksiyaların da pozulmasına səbəb olur. Bu zaman mütəxəssislər bol miqdarda ispanaq, süd badam, karbohidronat tərkibli yeməklərə üstünlük verməyinizi məsləhət görürlər.

Yaşın artması
Yaşın artması özü ilə birlikdə sizə bir neçə problem yaradacaq. Bu zaman təbii olaraq orqanizminizdə maddələr mübadiləsi pozulacaq. Bunun üçün əsas lazım olan gün ərzində daha çox hərəkət etmək və qidalanmağınıza fikir verməyinizdir. Qidalanmağınıza fikir vermədiyiniz halda tez zamanda artıq çəkilərdən qurtulmaq barədə düşünəcəksiniz.


Tarix: 07.01.2015 / 11:55 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Həkim baba