beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər qadınlardan tez ölür

Bu artıq bir faktdır ki, kişilər fiziki olaraq nə qədər qadınlardan güclü olsalar da, zərif cinsin nümayəndələri ilə müqayisədə daha az yaşayırlar. Millətindən, yaşadığı coğrafi mühitdən aslı olmayaraq kişilər qadınlarla müqayisədə daha tez xəstələnir, daha gec sağalır və daha tez ölürlər. Bu vəziyyəti bir neçə cür izah edə bilərik, amma bunun səbəbi daha çox kişilərə xas biloji, sosial xüsusiyyətlərlə bağlıdır.

Kişilər əzələ və sümüklərinin nə qədər güclü olduğunu desələr də, bioloji baxımdan bir çox qüsurları vardır. Belə ki, qadınlarda iki X xromosomu olduğu halda, kişilərdə yalnız bir X xromosomu var. Ürək xəstəliklərinə və xərçəngə tutulmanı tezləşdirən testosterone hormonları isə kişilərdə daha çox olur. Bundan əlavə kişilərin xolestrol səviyyələri də qadınlara nisbətdə daha aşağıdır. Sözün qısası, kişi vücudu infarkt və iflic kimi xəstəliklərə qarşı daha həssasdır.

Bütün bunlarla yanaşı kişilərin qadınlara nisbətən daha aqressiv olmaları, şiddət və qorxunu, riskli hadisələri sevmələri, siqaret və alkoqol istifadə etmələri, maşın idarə edərkən kəmər taxmamaları da onların ölüm riskini daha da artırır.

Həkim, mütəxəssis Harvey Simon ölüm riskini azaltmaq üçün kişilərə aşağıdakı qaydalara əməl etməyi tövsiyyə edir.

Tütün məhsullarından uzaq durum.
Alkollu içkilər istifadə etməyin.
Davamlı məşq edin.
Düzgün qidalanın.
Stresdən uzaq olun.
Maşın idarə edərkən kəmər taxmayı unutmayın.
Radiasiya və ultrabənövşəyi şüa qaynaqlarından uzaq durun.
Cinsi yolla yoluxan xəstəliklərdən qorunun.
Və ən əsası mütəmadi olaraq həkim nəzarətindən kecmek lazimdi.


Tarix: 07.01.2015 / 11:22 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Həkim baba