beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərin depressiyadan çıxma yolları

Depressiyadan qurtulmaq üçün nə etməli?

İnsanı depresiyaya düşməyə vadar edən hadisələr çox olur. Ancaq hər kəsin stresslə mübarizə aparmaq yolu fərqlidir. Bəzi insanlar bu zaman emosional olaraq özlərinə qapanırlar və onlarda depressiya inkişaf etməyə başlayır. İnsanı depressiyaya salan hadisələr müxtəlif ola bilər. Məsələn: ailədə insana yaxın bir şəxsin həyatdan köçməsi, dostunun və ya ev heyvanının ölümü, işin və ya biznesin itirilməsi, qəlbinin qırılması, boşanma, övlad sahibi ola biləməmək, mənəvi və ya psixi travma, həyati təhlükəsi olan bir xəstəliyə yoluxmaq, hormonal dəyişiklik, spirtli içkilərdən asılılıq, ağır travma sonrası stress, problemli uşaqlıq və s. kimi saysız səbəblər. Bu hadisələr hər kəsə müxtəlif cür təsir edə bilər.

Bu xoşagəlməz kilinik hissdən-depresiyadan azad olmaq üçün öncə onun əlamətlərini müəyyən etmək lazımdır. Depressiyanın bu kimi əlamətləri mövcüddur: kədər, ümidsizlik, lazımsızlıq. Bu hal insanın işinə və əmək qabiliyyətinə, eyni zamanda şəxsi həyatına neqativ təsir göstərir. İnsan ölüm və intihar haqqında fikirləşməyə başlayır.

Bəs depressiyanin müalicəsi nədir?

Ailə üzvü və yaxud dostlardan biri ilə hisslərin haqqında danışmaq. Belə söbətlər bəzən köməksizlik və kədər hissinin yox olmasına yol açır. Hisslərinizi içinizdə saxlamayın. Bu hissələrin sizi rahat buraxmasını istəyirsinizsə, onları sizi başa düşən və sizə dəstək olacaq bir insanla bölüşməyə çalışın. Bəzən yaxın bir dostunuzun çiynində ağlamaq içinizdəki mənəvi ağrının sağalmasını tezləşdirir.
Evinizə və ya işinizə tam qapanmayın. Hətta bunu istəməsəniz belə, gəzməyə çıxın, idmanla məşğul olun və ya hər hansı bir klubun üzvü olun. Fiziki məşğuliyyət depresiyadan azad olmaq üçün ən yaxşı yollardan biridir. Boş durmayın. Evinizi təmizləyin, yeni hobbi seçin və ya gündəlik rejiminizdən kənara çıxan digər bir məşğuliyyət tapın. Spirtli içki və narkotik vasitələrdən uzaq durun. Onlar sizin depressiv vəziyyətinizi ağırlaşdıracaq və həyatınızda daha ağır başqa problemlərin yaranmasına səbəb olacaq. Sağlam qida məhsullarından istifadə edin və yaxşı yatın. Egər yatmaqda çətinlik çəkirsinizsə, sakit bir musiqi dinləyin və ya kitab oxuyun. Depresiyadan azad olmağın əsas yolu probleminizlə üzləşməkdir. Problemlərdən qaçmağınız vəziyyəti daha da pisləşdirəcək. Əgər sizi narahat edən məsələni bilirsinizsə, onu düzəltmək üçün müəyyən addımlar atın. Bunları etsəniz, həyatınız daha da asanlaşacaq.


Tarix: 07.01.2015 / 11:18 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Həkim baba