Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Həkim babaDiqqət! Artıq çəki öldürür

Kökəlmək, artıq çəki ilə bağlı qadınlar daha çox şikayətlənirlər, amma statistika göstərir ki, artıq çəki kişilərin sağlamlığına daha çox ziyan vurur, hətta erkən qarşısı alınmadıqda bu xəstəlik ölümlə nəticələnir.
Araşdırmaların nəticəsi sübut edir ki, son illər ərzində sürətli formada yayılan bu xəstəlik kişilər arasında şəkər xəstəliyi, qan-damar xəstəliklərinin və yüksək xolesterolun yaranmasına səbəb olur.
Bəzi hallarda həddindən artıq çox kökəldiyimizi hiss etsək də, buna o qədər də diqqət etmirik. Əziz bəylər, xəbəriniz olsun ki, çox kökəlmək həm də sizdə olan hansısa daxili xəstəliyin işarəsidir. Bəs, bu köklüyün artıq xəstəlik halına çevrildiyini necə müəyyənləşdirə bilərik? Çox sadə. Bunu özümüz evdə həkimə müraciət etmədən də Ardı »

Həkim babaCinsi həyat infarkt üçün təhlükəli deyil

İnsan həyatı üçün təhlükəli xəstəliklərdən biri də infarktdır. Adətən bu xəstəlikdən sonra insanlar günlük yaşamlarında müəyyən dəyişikliklər etmək, özlərinə müəyyən sərhədlər qoymaq məcburiyyətində qalırlar. İnfarkt keçirən insanları düşündürən məsələlərdən biri də bundan sonrakı cinsi həyatları olur. Çünki çox vaxt ətrafdan intim münasibətin yenidən infarkt keçirmə riskini artırdığı fikrini eşidirik. Biz də elə məqaləmizdə bu mövzuya diqqət çəkməyə çalışacağıq. İnfarktdan sonra cinsi həyatımızı necə dəyişməliyik?
Mütəxəssislərin sözlərinə görə, bu xəstəlik heç də intim münasibətin bütünlüklə yekunlaşması, sona çatması demək deyil. Lakin ürək, damar xəstəliklərindən əziyyət çəkənlər cinsi həyatlarına daha həssas yanaşmalıdırlar. Bundan sonra xəstələr intim münasibətlərində ani hərəkətlər etməməli, passiv mövqelər seçməli və Ardı »

Həkim babaSeks gözəlləşdirir

Orqanizmdə yaratdığı ani rahatlıqdan başqa nizamlı seks həyatının sağlamlığımız üçün mühüm faydaları var. Bu məqaləmizdə seksin insan sağlamlığına 6 önəmli faydasından danışacağıq.

Ürəyi möhkəmləndirir
Cazibədar bir qadınla göz-gözə gəldiyiniz zaman ürək atışlarınız sürətləndirir. Həmin qadınla eyni yataqda olmaq isə qəlbinizə daha müsbət təsir göstərir. Amerikan kardioloji dərnəyinin apardığı araşdırmalar nəticəsində müəyyən olmuşdur ki, həftədə iki dəfə sekslə məşğul olan kişilərin digər həmcinslərinə nisbətən ürək xəstəliklərilə qarşılaşma riski 45 faiz daha aşağıdır.

Seks stresi azaldır
West Scotland Univeritetinin araşdıması nəticəsində seksin stres hormonlarını azaldaraq mental problemlərlə daha rahat mübarizə aparmağa kömək etdiyi bəlli olmuşdur. Nizamlı bir cinsi həyat həmçinin qan təzyiqinin normal vəziyyətdə olması üçün də Ardı »

Həkim babaKeçəllərin ürəyi xəstə olur

Yaponiyalı araşdırmaçıların məlumatına görə, keçəl kişilərdə ürək xəstəliklərinin yaranma riski daha yüksəkdir.
Müəyyən yaşdan sonra istər kişilərdə, istərsə də, qadınlarda artıq qocalmağa, əvvəlki gücünü itirməyə başlayan saçlar tökülür. Buna görə də çoxlarımız 50-60 yaşdan sonra saçların tökülməsini normal hesab edirik. Amma bu yaşlarda heç də hər kəsin saçı tökülmür. Bəs bunun səbəbi nədir? Bəlkə çoxlarımızın normal hesab etdiyi bu hadisənin əslində hansısa başqa səbəbləri də var? Heç bu barədə düşünmüsünüz?
Təcrübələr göstərir ki, qadınlar ilə müqayisədə kişilərin ürək xəstəliyindən əziyyət çəkmə nisbəti 32% daha artıqdır.“Bunun keçəlliklə nə əlaqəsi var?” deyirsinizsə, məqalənin davamını diqqətlə oxuyun.
Yaponyalı bir qrup mütəxəssisin ABŞ və Avropa ölkələrində 37 min Ardı »

Həkim babaAğız xərçənginə kişilərdə daha çox rast gəlinir

Baş-beyin bölgəsində dəri xərçəngindən sonra təhlükəli hesab edilən əsas xəstəliklərdən biri də ağız xərçəngidir. Qadınlarla müqayisədə adıçəkilən xəstəliyin kişilərdə yaranma ehtimalı iki dəfə artıqdır. Bunun əsas səbəbi isə alkoqollu içkilər və siqaretdir. Bundan əlavə mütəxəssislərin fikrincə, diş çürüməsi və diş əti xəstəlikləri də bu xəstəliyə tutulma ehtimalını daha da artırır. Düzgün müalicə edilmədiyi halda isə xəstəlik ölümlə nəticələnir. Hər il dünyada 40-a yaxın insan ağız xərçənginə tutulur ki, onların 12 mini ya özlərinin, ya da həkimlərin məsuliyyətsizliyi ucbatından həyatlarını itirirlər. Bu xəstəlik kişilərdə əsasən 40-45 yaşından sonra özün biruzə verir. Həkimlərin sözlərinə görə, bu cür xəstəlilərdən sığortalanmaq üçün müntəzəm olaraq dişləri, Ardı »

Həkim babaYoqa et, piylənmədən qorun

Qışda geyimlərimizlə artıq çəkini gizlətməyimiz mümkün olsa da, yay aylarında təəssüf ki, bu istəyimizi reallaşdırmağımız biraz çətinləşir. Buna görə də hələ yay gəlməzdən öncə bu haqda fikirləşməyə başlamalıyıq. Bu məqaləmizdə arıqlamaq haqqında fikirləşsə də, bu istəyinə nail olmaqda çətinlik çəkən oxucularımız üçün fərqli, daha rahat bir məşq planı hazırlamışıq.
Çoxlarımız yoqanı yalnız sakitləşdirici, yüngül idman növü hesab etsək də, mütəxəssislərin sözlərinə görə düzgün əməl edildiyi halda yoqa həm də ideal bədən qruluşuna sahib olmağımız üçün bir vasitədir. Bunun üçün əməl etməli olduğumuz əsas hərəkətlər aşağıdakılardır:

Qartal duruşu
Qartal duruşu- piylənmədən qurtulmaq istəyənlərin əməl etməli olduğu ən əsas yoqa pozlarından birincisidir. Bunun üçün ilk olaraq Ardı »

Həkim babaKişilərin depressiyadan çıxma yolları

Depressiyadan qurtulmaq üçün nə etməli?

İnsanı depresiyaya düşməyə vadar edən hadisələr çox olur. Ancaq hər kəsin stresslə mübarizə aparmaq yolu fərqlidir. Bəzi insanlar bu zaman emosional olaraq özlərinə qapanırlar və onlarda depressiya inkişaf etməyə başlayır. İnsanı depressiyaya salan hadisələr müxtəlif ola bilər. Məsələn: ailədə insana yaxın bir şəxsin həyatdan köçməsi, dostunun və ya ev heyvanının ölümü, işin və ya biznesin itirilməsi, qəlbinin qırılması, boşanma, övlad sahibi ola biləməmək, mənəvi və ya psixi travma, həyati təhlükəsi olan bir xəstəliyə yoluxmaq, hormonal dəyişiklik, spirtli içkilərdən asılılıq, ağır travma sonrası stress, problemli uşaqlıq və s. kimi saysız səbəblər. Bu hadisələr hər kəsə müxtəlif cür təsir Ardı »

Həkim babaDiqqət! Düzgün idman etməmək şikəst edir

İdmanla məşğul olmaq həm xəstəliklərə qarşı müqavimətimizi artırır, həm də bədənimizin daha güclü olmasına şərait yaradır. Lakin bəzi hallarda düzgün formada məçq etməməyimiz nəinki bizə fayda verir, əksinə səhhətimizdə yeni problemlərin yaranmasına şərait yaradır. Bəzən isə hətta orqanizmimizin müəyyən hissələrində qarşısıalınmaz xəstəliklərin, şikəstliyin yaranmasına səbəb olur. Əgər siz əziyyət çəkərək əməl etdiyiniz müvafiq cədvəldən uğurlu nəticə əldə etmək istəyirsinizsə, yaxşı olar ki, əvvəlcə düzgün idman etmək qaydaları haqqında məlumatlı olasınız. Bu səbəbdən də bu dəfə sizə düzgün idman etmək üçün əməl etməli olduğumuz qaydalar haqqında məlumat vermək istəyirik. Uğurlu nəticə əldə etmək istəyirsinizsə, diqqətiniz bizdə olsun.
Yemək yedikdən dərhal sonra idman etməyə Ardı »