beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi istəyi artıran qidalar

Əziz bəylər və xanımlar, sevgililər günündə tərəf müqabiliniz üçün hazırlayacağınız romantik süfrənizdə sevginizi daha da qüvvətləndirən yeməklərin olmasını istərdiniz? Elə isə sizin üçün hazırladığımız bu məqaləni oxuyun və sevgini artıran qida məmulatlatı ilə tanış olun. Yalnız sevgililər günündə deyil, digər günlərdə də bu qidaları gündəlik yemək siyahınıza əlavə etməyi unutmayın.

Nar şirəsi: Narın insan orqanizmi üçün ən birinci faydası yorğunluğu aradan qaldırmasıdır, eyni zamanda tərkibində bol miqdarda kalium olan bu şirə ürəyi qoruyur. O, insanın əhval-ruhiyyəsini qaldırdığı üçün cinsi münasibət zamanı da tərərflərin tez yorulmasına mane olur.

Banan: Kalsium deposu sayılan bu subtropik meyvə təzyiqi tənzimləyir, eyni zamanda ürəyi və damarları zərərli təsirdən qoruyur. Eyni zamanda ehtiras hissini artırdığı üçün sevgililər günündə hazırlayacağınız süfrədə bananlı meyvə salatının olması məsləhətdir.

Badam: Omega-3 yağı ilə olduqca zəngindir. E vitamini ilə də bol olan bu çərəz dərimizi yaşlanmaya qarşı qoruyur. Bu isə daim qarşı tərəfin gözündə ilk günkü kimi gənc görünməyimizə kömək edir.

Şokolad: Maqnezium, kalsium və fosforu ilə boldur. Bu vitaminlərin isə hərəsi ayrı-ayrı özəlliklərə sahibdir. Tərkibində fındıq, fıstıq və badam olan şokoladlar isə bu baxımdan xüsusi ilə xeyirlidir. Şokolad cinsi istək artırıcı effektə malikdir.

Kök: Tərkibində bol miqdarda A vitamini olan bu tərəvəz insanda müsbət əhval-ruhiyyə yaradır, cinsi istəyi artırır.

Ərik: Lazım olduğu qədər qəbul edildikdə həzm sisteminin sürətlə çalışmasına kömək edir. Əzələlərin və beynin işini daha da sürətləndirdiyi üçün o dolayısı ilə cinsi gücü də artırır.

Kürü: Tərkibində bol miqdarda sink olan bu qida hormonların inkişafının sürətlənməsinə səbəb olur. Hər gün səhər yeməyində yeyəcəyiniz kürü bütün gün ərzində eyni enerji ilə çalışmağınıza kömək edəcək.

Bal: Uzun illər dərman vasitəsi kimi istifadə edilən bu qida növü, həm də ona görə əhəmiyyətlidir ki, o sperma istehsalını artırır və sevdiyinizlə uzun bir gecə keçirməyinizə kömək edir.

Unutmayın ki, cinsi istəyi artırmaq üçün həkim məsləhəti olmadan qəbul etdiyiniz kimyəvi vasitələr səhhəttinizə əks təsir göstərə bilər. Cinsi həyatınızı istədiyiniz kimi idarə etməyiniz üçün yaxşı olar ki, yuxarıda adlarını çəkdiyimiz təbii qidalardan daha çox istifadə edəsiniz.


Tarix: 07.01.2015 / 11:20 Müəllif: Aziza Baxılıb: 144 Bölmə: Həkim baba