beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pəhriz ürək xəstəliyi yaradır

Bəzi hallarda biz arıqlamaq istədiyimiz zaman həkimə müraciət etmək əvəzinə, ya özümüzdən yeni pəhriz qaydaları tərtib edir, ya da bu barədə həkimin başqası üçün müəyyənləşdirdiyi reseptdən istifadə edirik. Ola bilsin ki, həmin reseptindən istifadə etdiyimiz insan bizimlə eyni çəkiyə sahibdir, amma mütəxəssislər bildirirlər ki, bu sağlamlığımız baxımından heç də uğurlu addım deyil. Çünki insanın qidalanma rejimi onun çəkisinə əsasən deyil, yaşına və iş sxeminə əsasən müəyyən edilir.

Gənclik illərində həm kişilər, həm də qadınlar üçün sağlamlıqlarından daha əhəmiyyətli bir məqam olur- xarici görünüş. Ancaq arzulanan görünüşə sahib olmaq üçün heç də sevdiyimiz qidalardan ayrılmağımız lazım deyil. Bu zaman yemək seçərkən əsas əməl etməli olduğumuz məqam tərkibində az miqdarda yağ olan qidalara üstünlük verməkdir. Əks təqdirdə heç bir mütəxəssis rəyi olmadan müəyyənləşdirdiyimiz yanlış pəhrizlər 40 yaşdan sonra ürək damar xəstəliklərinə tutulma riskimizi birə-beş artıracaq. Maraqlısı isə ondan ibarətdir ki, əksər hallarda qadınlar daha çox pəhriz saxlasalar da, kişi orqanizmində pəhrizin yol açdığı fəsadlara rast gəlinir. Müəyyən yaşdan sonra kişilərin şikayəndikləri ürək ağrılarının əksəriyyətinin səbəbi yanlış qidalanma, zəzərli pəhriz qaydalarıdır. Bunun səbəbi isə kişilərin sağlamlıqlarına qarşı daha laqeyd olmasıdır.


Tarix: 07.01.2015 / 11:52 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Həkim baba