beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Keçəllərin ürəyi xəstə olur

Yaponiyalı araşdırmaçıların məlumatına görə, keçəl kişilərdə ürək xəstəliklərinin yaranma riski daha yüksəkdir.
Müəyyən yaşdan sonra istər kişilərdə, istərsə də, qadınlarda artıq qocalmağa, əvvəlki gücünü itirməyə başlayan saçlar tökülür. Buna görə də çoxlarımız 50-60 yaşdan sonra saçların tökülməsini normal hesab edirik. Amma bu yaşlarda heç də hər kəsin saçı tökülmür. Bəs bunun səbəbi nədir? Bəlkə çoxlarımızın normal hesab etdiyi bu hadisənin əslində hansısa başqa səbəbləri də var? Heç bu barədə düşünmüsünüz?
Təcrübələr göstərir ki, qadınlar ilə müqayisədə kişilərin ürək xəstəliyindən əziyyət çəkmə nisbəti 32% daha artıqdır.“Bunun keçəlliklə nə əlaqəsi var?” deyirsinizsə, məqalənin davamını diqqətlə oxuyun.
Yaponyalı bir qrup mütəxəssisin ABŞ və Avropa ölkələrində 37 min insan arasında apardığı araşdırmaya əsasən, belə məlum olub ki, digərləri ilə müqayisədə erkən yaşda saçı tökülən kişilərin ürək xəstəliyindən əziyyət çəkmə nisbəti üç dəfə daha artıqdır.
Mütəxəssislərin sözlərinə görə, 55-60 yaş arası kişilərin 44%-ində saçlar tamamilə seyrəlir. Onlar ürək xəstəliyi ilə saç tökülməsinin səbəbini isə belə izah edirlər: “Demək olar ki, kişilərin əksəriyyəti siqarət çəkir və onların 54%-də yüksək təzyiq müşahidə edilir. Bu öz növbəsində ürəyə təsir edir. Xarici görünüşümüzdəki əksər təsirlər daxili qruluşumuz, səhhətimiz ilə birbaşa əlaqəlidir. Bunun nəticəsidir ki, üzəyimizdə olan problemlər xarici görünüşümüzdə saç tökülməsi ilə nəticələnir”.


Tarix: 07.01.2015 / 11:32 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Həkim baba