Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu yaşdan sonra kişilərin ata olmağı təhlükəlidir

Türkiyədə 2 min 846 şəxs arasında keçirilən sorğu nəticələrindən məlum olub ki, kişilər erkən yaşda ata olmaqdan qorxurlar. Qadınlar isə əksinə, erkən yaşda övlad sahibi olmağı daha düzgün və məqsədəuyğun hesab edirlər.

Sorğuda iştirak edən qadınların 80%-i 25-30 yaşı evlilik üçün ideal hesab etdikləri halda, kişilərin yalnız 25 %-i bu yaşda ata olmağın düzgün olduğunu düşünürlər. Bəs mütəxəssislər necə düşünür? Kişilər üçün ideal evlilik yaşı neçədir?

Həkim, mütəxəssis Ayşegül Demirci hesab edir ki, gec yaşda ata olmaq istəyən kişilər bilməlidirlər ki, onların övladlarında xəstəliklərin yaranma riski digər uşaqlarla müqayisədə daha çoxdur. Belə ki, gənc yaşda ata olan kişilərlə müqayisədə, gec ata olan kişilərin uşaqları arasında şizofreniya və otizm xəstələrinə daha çox rast gəlinir. Buna görə də mütəxəsisslər gec yaşda ata olmağı məsləhət görmür. Qadının yaşı artdıqca onun dünyaya uşaq gətirməsi çətinləşdiyi kimi, eyni hal kişilərə də aiddir.

Bəzi alimlərin fikrincə, 35 yaşdan sonra kişilərin ata olmaq ehtimalı azalır, 40 yaşdan sonra isə bu planı yerinə yetirmək ümumiyyətlə məsləhət görülmür. Mütəxəssislərin fikrincə, ata olmaq üçün ideal yaş dövrü 25-28 yaş aralığıdır.

Buna görə də uşaq sahibi olmaq istəyən ata namizədlərin bu mövzuya həssas yanaşmaları və vaxtında düzgün qərar qəbul etmələri vacibdir.


Tarix: 07.01.2015 / 11:19 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Həkim baba
loading...