beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uğurlu seks idmandan keçir

İdmanla məşğul olmaq səhhəttimizi daha da gücləndirir, daha baxımlı, əzələli görünməyimizə şərait yaradır. İdman etməyin bu faydalarını demək olar ki, hər birimiz bilirik. Lakin bütün bunlarla yanaşı idmanın çoxlarımızın bilmədiyi bir neçə digər faydası da var. Bunlar onun cinsi həyatımıza təsiri ilə bağlıdır. Əgər idman etməyin cinsi həyata nə kimi təsir göstərməyi sizə də maraqlıdırsa, məqaləmizin davamını oxumağınızı tövsiyyə edirik.

Özünüzü daha seksual hiss etməyinizi təmin edir
Bədəninizdən məmnun olduğunuz halda özünüzə olan güvəniniz daha da artır. İdman edərkən bədəninizin kənardan necə göründüyünü bilir, buna görə də özünüzü daha seksual hiss edirsiniz. Araşdırmalar sübut edir ki, mütəmadi olaraq idmanla məşğul olan insanların digərlərinə nisbətən daha aktiv cinsi həyat yaşamasının əsas səbəbi onların öz vücudlarına, görünüşlərinə olan inamıdır. Bu həm kişilərə, həm də qadınlara aiddir.

Cinsi performansı artırır
Seksoloqların apardığı araşdırmalar sübut edib ki, həftədə 4-5 dəfə məşq edən qadınların 88%-inin, kişilərin isə 69%-inin cinsi performansı əvvəlki ilə müqayisədə daha yüksək olur.

Orqazm sayını artırır
Mütəmadi şəkildə idmanla məşğul olan şəxslər çox nadir hallarda cinsi həyatlarından şikayətlənirlər. Onlar digərləri ilə müqayisədə daha az erkən orqazm halını yaşayırlar.

Yaşınızın artmağı cinsi həyatınıza mənfi təsir göstərmir
50 yaşından sonra kişilərin əksər hissəsi əvvəlki illərlə müqayisədə cinsi aktivliklərinin aşağı düşdüyündən şikayətlənirlər. Əziz kişilər əgər gələcəkdə belə problemlə üzləşməmək istəmirsinizsə,gündə heç olmasa yarım saat məşq etmək üşün vaxt ayırın. Androloqların sözlərinə görə, 60 yaşında mütəmadi olaraq idmanla məşğul olan kişilərin cinsi fəaliyyəti 40 yaşlı həmcinsləri ilə demək olar ki, eynidir.


Tarix: 07.01.2015 / 11:44 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Həkim baba