beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəfsinə qalib gələn kişilər udur

Qısa zamanda arzuladığınız xarici görünüşə sahib olmaq istəyirsinizsə, bu zaman əməl etməli olduğunuz iki əsas məqam var: idman və diyet.
İdeal xarici görünüşə sahib olmaq istəyən kişilər vaxtlarının və enerjilərinin böyük hissəsini sərf edərək idmanla məşğul olurlar, lakin bir çox hallarda üstündən uzun müddət keçsə də, onun heç bir təsirini görmədiklərindən şikayətlənirlər. Bunun səbəbi idman edərkən qidalanmağımıza diqqət etməməyimizdir. Xüsusən də idman etdikdən sonra yediyimiz qidalar orqanizmimizə ciddi təsir göstərir. Əgər idmanla məşğul olmağı qarşınıza məqsəd qoymusunuzsa, bu zaman bəzi qidalardan imtina etməlisiniz. Bu sıraya aşağıda adı çəkilənlər aiddir.

Yağlı pendir:
Nə qədər ləzzətli olsa da, məşqdən sonra yağlı pendir yemək arzuolunmaz fikirdir. Əgər mütləq pendir yemək istəyirsinizsə, bu zaman yağsız pendirə (çox olmamaq şərti ilə) üstünlük verməyiniz məsləhətdir.

Qazlı içkilər
İdmanla məşğul olarkən orqanizmimiz müəyyən miqdarda su itirir və biz susuzluğumuza qalib gəlmək üçün müxtəlif növ içkilərə, əsasən də qazlı və şirin olanlara üz tuturuq. Xəbəriniz olsun ki, qazlı içkilər şəkər mənbəyidir və idmandan sonra bu növ içkilərdən istifadə etmək qətiyyən məsləhət görülmür. Daha yaxşı olar ki, məşqlərdən sonra bol miqdarda adi, qazsız su qəbul edəsiniz.

Enerji içkiləri
Bu içkilərin tərkibində bol miqdarda şəkər var. İdman etməzdən əvvəl onlardan istifadə etdiyiniz halda enerjiniz daha da artırır və aktiv şəkildə məşqlərə başlamağınıza kömək edir. Buna görə də idman etmməzdən əvvəl enerji içkiləri qəbul etməyiniz daha məsləhətdir. Məşqdən sonra isə bu içkilərdən uzaq durmağınız məqsədəuyğundur. Çünki idmandan sonra o bədəndə maddələr mübadiləsini aşağı salır və yatmağı çətinləşdirir.

Südlü şokolad:
Məşqlərdən sonra orqanizmimiz sudan əlavə həmçinin şirni tələb edir. Əgər bu zaman o çox sevdiyiniz südlü şokaladlardan yemək fikrindəsinizsə, bu xəyal ilə indidən vidalaşmağınız məsləhətdir. Əks halda onun tərkibində olan bol miqdarda şəkər və zərərli yağlar etdiyiniz bütün o ağır məşqlərin təsirlilik gücünü aşağı salacaq.

Fast food
Mütəxəssislər nəinki məşqlərdən sonra ümümiyyətlə heç zaman bu hazır qida növlərindən istifadə etməyi məsləhət görmürlər. Tərkibində yüksək miqdarda yağ, şəkər və duz olan fast food yeməkləri sağlamlıq üçün son dərəcə zərərli hesab edilir. Məşqdən sonra tərkibindən həddən artıq kalori olan bu qidalardansa, kaliumla zəngin olan banan və ya avokado kimi meyvələr yeyə bilərsiniz.

Bəli, əziz kişilər, bu ifadə hər nə qədər qadınlar haqqında daha çox işlədilsə də, gördüyünüz kimi gözəllik qurban tələb edir və tez zamanda istədiyiniz nəticəni əldə etmək istəyirsinizsə, yuxarıda sadalananlar heç də böyük qurbanlar sayılmamalıdır.


Tarix: 07.01.2015 / 11:43 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Həkim baba