beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oton

Mark Salvi Oton (lat. Marcus Salvius Otho Caesar Augustus;[1] (28 aprel 32-16 aprel 69) 15 yanvar 69-cu ildən etibarən Roma İmperatoru. Mənşə etibarilə etrusk idi. 58-ci ildə 66-cı ilədək Luzitaniya valisi vəzifəsini icra etmişdi. Nerona qarşı Qalbanın başladığı üsyanı dəstəkləmişdi. Lakin Qalba tərəfindən vəliəhd elan edilmədiyindən onun əleyhinə intriqalara qoşulmuşdu. Pretorian qvardiyasının köməyilə 69-cu ilin yanvarında Qalbanı devirmiş və özünü imperator elan etmişdi. Ona qarşı üsyan qaldırmış və Reyn, Qalliya və Britaniya orduları tərəfindən dəstəklənmiş Vitelliyə qarşı Bedriak döyüşündə məğlub olduqdan sonra özünü öldürmüşdür. Ölüm anında demişdir:

Hamının bir nəfərə görə ölməsindənsə, bir nəfərin hamıya görə ölməsi daha yaxşıdır.


Tarix: 05.03.2013 / 13:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 158 Bölmə: Dunya ve tarixi