beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Liu Bobo

Liu Bobo Kubeyin nəslindən gələn hun qəbilə başçısı idi. 383-cü ildə atası əsl hakimiyyəti əlinə almağa başlamışdı. Lakin hələ də vassal idi. 391-ci ildə Bobonun qardaşı Liu Çilidi (Ulduz) Şimal Vey imperatoru Daovuya məğlub olmuşdu. Liu Çilidi əsir götürülmüş, Liu Veyçen isə öldürülmüşdü. Bobo əvvəlcə Hsueqan qəbiləsinə, ordan da Sianbi qəbiləsinə qaçdı.





İlk dövrləri

Bundan sonra Hu Qin dövlətinin imperatoru Yao Hsinq tərəfindən general elan olundu. 407-ci ildə Hu Qin və Şimal Veyin sülh imzalaması Bobonu əsəbləşdirdi, çünki onlar atasını öldürmüşdü. Avar hökmdarı Şelun xaqanın Yao Hsinqə göndərdiyi atları oğurladı. Qaopinq şəhərini ələ keçirərək özünü müstəqil elan etdi. Yeni dövlətin adı Hsia qoyuldu. Beləliklə hunların üçüncü dövləti yaradıldı.

İmperatorluğu

Bobo paytaxt qurmadı, o qədim hun ənənələrinə dayanaraq daim köçəri həyat yaşayırdı. 408-ci ilə Yao Hsinqin birinci ordusunu məğlub edən Bobo, 409-cu ildə Yaonun özünü az qala öldürəcəkdi. Müxtəlif döyüşlərdən sonra Bobo özünə paytaxt qurmaq qərarına gəldi. Məşhur memar Çiqan Aliyə bu işi tapşırdı. Şəhərin adı Tonqvan olacaqdı. O Çini birləşdirmək və "min" (tonq) "krallığın" (van) hökmdarı olmaq istəyirdi. O qalanı çox möhkəmlətdi. Belə ki, əgər ox düzəldən ustaların hazırladığı oxlar qalxanları deşə bilsəydi qalxan ustaları, deşə bilməsəydi ox ustaları öldürülürdü. Beləliklə Çindəki ən güclü qalaya sahib olan Bobo yeni döyüşlərə hazır idi. Həmin il Bobo soyadını dəyişməyə qərar verdi, çünki o ana tərəfdən Xan sülaləsindən gəlirdi. Özünü Hun kimi düşünən Bobo özünə "Helian" soyadı götürdü. Əyanlarının soyadını "Tiefa"ya dəyişdirməsini tapşırdı. Tiefa dəmir kimi güclü və hücuma hazır demək idi. 414-cü ildə oğlunu vəliəhd elan etdi. 415-ci ildə digər Hun dövləti olan Şimal Lianq krallığı ilə müttəfiq olan Bobo hun qüvvələrini birləşdirməyi düşünürdü. 416-cı ildə Hu Qin dövlətinin qərb tərəfini fəth edən Bobo bu dövlətə son qoydu. 417-ci ildə oğlu Helian Qui və Helian Çanq Cin sülaləsi qüvvələrini məğlub edərək paytaxt Çanqan şəhərinə daxil oldu. Bobo imperator elan olundu. Helian Qui Çanqanın valisi oldu. Bobo çox vəhşi və əzazil olaraq yadda qaldı. Hamı ondan qorxurdu. Hələ səbəbi bilinməyən bir qərarla Bobo oğlu Quini vəliəhdlikdən çıxararaq yerinə Helian Lunu vəliəhd elan etdi. Qui buna əsəbləşərək Lunu öldürsə də, özü digər qardaşı Çanq tərəfindən öldürüldü. Atası Çanqa vəliəhdlik verdi. 425-ci ilin yayında Bobo öldü.

Ailəsi

Övladları:
Helian Qui
Helian Yan
Helian Çanq
Helian Lun
Helian Dinq
Helian Man
Helian An
Helian Çuhsinq
Helian Veyday
Helian Şedan
Helian Duluqu
Helian Vuşiba
Helian Tuqu


Tarix: 02.03.2013 / 18:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 267 Bölmə: Dunya ve tarixi