beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağ Hunlar

Ağ Hunlar — Hunların qərb qoludur. Tenqriçilikdəki simvolizmə görə qərbi ağ rəng simvolizə edirdi. Xan Çao dövlətinin dağılmasından sonra Xarəzmə gələn hunlar iki hissədən ibarət idi. Qərbdə, Xəzər dənizinin şərq sahillərində yaşayan Ağ Hunlar və cənubda Hindistanın şimalı və Əfqanıstanda yaşayan Qırmızı Hunlar. Qırmızı hunlar, Ağ hunlar, Avarlar, Kutriqurlar və Onoqurlar qərblilər tərəfindən Xionitlər adlandırıldılar. Ağ hunlar əvvəllər Qırmızı Hunların yaratdığı dövlət olan Kidar imperiyasında yaşayırdılar. Onların dövləti sonralar Sasanilər, Kabulşahlar və Göytürklər arasında bölündü.Mündəricat
1 Etimologiya
2 Tarixi
2.1 I Xinqila
2.2 Toraman
2.3 Mihiraqula
2.4 Xiranaqula
2.5 Son hökmdarlar
3 Hind-Eftalitlər
4 Zunbillər


Etimologiya

Ağ Hunların adları fərqli dillərdə fərqli səslənir. Çinlilər Yanda (嚈噠) deyirdilər [1]. Koreyalılar isə onlara Yeoptal deyirdi. Yunanlar Heftal adlandırırdı.

Tarixi

Roma tarixçi Prokopiusa əsasən Ağ Hunlar Avropa Hunlarından (Qara Hunlar) fərqli olaraq köçəri deyildilər və öz şəhərləri var idi. [2] Ağ Hunların Xarəzmdə başçısı Ağsuvar idi. Fars mənbələri onu Xoşnəvaz adı ilə xatırlayır. Ağsuvar himayəsinə götürdüyü I Firuzu İran taxtına çıxardı. Firuz, bunun qarşılığında Tirmiz və Vazgird bölgələrini Ağ Hunlara verdi. Ancaq yetərincə gücləndiyini düşünən Firuz, Ağ Hunlara döyüş elanı verdi. Ağsuvar ilə Firuzun orduları qarşı-qarşıya gəldi. 484-cü ildə Heratda olan döyüşdə Ağsuvar Firuzu pusquya saldı. Firuz övladları ilə birlikdə öldürüldü. Firuzun iki qızı əsir alındı. Bundan sonra Sasani dövlətində çevrilişlə taxta gələn Balaşı devirən hunlar taxta Qubadı oturtdu.

I Xinqila

Ağsuvar Xarəzmdə hakimiyyətdə ikən başqa bir hun hökmdarı olan Xinqila da ordusu ilə Qırmızı hunların üzərinə yürüşə keçmişdi. Eyni anda birdən çox hökmdarı olan Ağ Hunların əslində bir dövlət yox, tayfalar konfederasiyası olduğu anlaşılır. Xinqila 30 yaşında, 460-cı ildə son Kidar hökmdarı Kandiki məğlub edərək qovdu.

Toraman

5-ci əsrdə Ağ Hunlara hökmdarlıq etmişdir.

Mihiraqula

502-ci ildə taxta çıxmışdı. Toramananın oğlu idi. [3] 533-cü ildə Hindistandan qovularaq xəstələnib ölmüşdü.

Xiranaqula

Mihiraqulanın qardaşı idi. 540-cı ilədək hökmdar oldu. O filləri qulların üzərinə buraxıb öldürməyi sevərdi.

Son hökmdarlar

Laxana Udayahitya, Xinqala Narendratitya, Purvaditya adlı hökmdarlar son hökmdarlar sayılır. Napki Malka adlı hökmdardan qalan numizmatik materiallar var:



Napki Malka yaxud digər adı ilə Tarxan Nəzak

Hind-Eftalitlər

Eftalitlərin bir qolu olan Hind-Eftalitlər 600-cü illərəcən yaşamışdı.

Zunbillər

Eftalitlərin başqa bir qolu olan Zunbillər İslamacan yaşadılar. Çinlilər yazır ki, onların Bərhatəkin adlı hökmdarı vardı. [4] Son Ağ Hunlar 840-cı ildə ərəblər tərəfindən soyqırıma uğramışdı.


Tarix: 02.03.2013 / 17:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 660 Bölmə: Dunya ve tarixi