Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sultan Süleyman Qanuni

Sultan Süleyman Qanuni (osm. سليمانا اول‎, türk. Birinci Süleyman, Kanuni Sultan Süleyman) - Osmanlı dövlətinin 10-cu sultanı (1520-1566) və 89-cu İslam xəlifəsi. Sultan I Səlimin oğlu.

Osmanlı ədəbiyyatında Muhibbi, Qərb ölkələrində isə Möhtəşəm Süleyman adı ilə də tanınmışdır. Həmçinin, 10-cu Osmanlı sultanı olması ilə əlaqədar olaraq, "onluğu tamamlayan" mənasını verən Səibül Aşərəril Kamilət də adlandırılmışdır.

Atası, Sultan I Səlimin dövründə sahəsi 6 557 000 km² olan Osmanlı İmperiyası, I Süleymanın 46 illik hakimiyyəti ərzində 14 893 000 km²-ə çatmışdır (o cümlədən, Avropada 1 998 000 km², Asiyada 4 169 000 km², Afrikada 8 726 000 km²).

I Süleymanın dövründə dövlət idarəetməsində çox əhəmiyyətli dəyişikliklər baş verdi. Bu dövrdə çox sayda qanun qəbul edilmiş və hüquqi baxımdan Osmanlıda böyük irəliləyişlər olmuşdur. Qəbul etdiyi qanunlar və ədalətə verdiyi önəm nəticəsində I Süleyman sonrakı dövrlərdə tarixçilər tərəfindən "Qanuni" ləqəbinə layiq görülmüşdür.Mündəricat
1 Rəsmi titulu
2 Həyatı
3 Belqradın fəthi
4 Rodosun fəthi
5 Parqalı İbrahimin sədr-əzəm olması
6 Əhməd Paşa üsyanı
7 Yeniçəri üsyanı
8 Yəhudi Süleyman
8.1 Yəhudi evliliklər
8.2 Osmanlı sarayında yəhudilər
8.3 Yəhudilərin təşəkkürü
9 İstinadlar
10 Xarici keçidlər


Rəsmi titulu

Sultan I Süleymanın daşıdığı rəsmi titulların siyahısı aşağıdakı kimidir:

Sultanlar sultanı, Xanlar xanı, Peyğəmbər ordusunun sərkərdəsi, müqəddəs Məkkə və Mədinə şəhərlərinin hamisi, Üç şəhərin, İstanbul, Ədirnə, Bursa şəhərlərinin, Dəməşqin və Qahirənin, bütün Azərbaycanın, Məğribin, Barkanın, Qeyruvanın, Hələbin, Qüds və bütün Ərəbistanın, İraqi-Əcəm və İraqi-Ərəbin, Bəsrənin, Dilınin, Rakkanın, Luristanın, Mosulun, Diyarbəkrin, Kürdüstanın, Ərzurumun, Sivasın, Adananın, Vanın, Bərbəristanın, Həbəşistanın, Tunisin, Tripolinin, Kiprin, Rodosun, Mora vilayətinin, Aralıq dənizi, Mərmərə dənizi və Qara dənizin, Rumelinin, Anadolunun, Bağdadın, Yunanıstanın, Tatarıstanın, Gürcüstanın, Kabardanın, qıpçaqların, Kəfənin, Bosniyanın, Serbiya vilayətinin, Almaniyanın, Əflakin, Boqdanın, Belqradın, Krım və macar torpaqlarının padşahı

Həyatı

Süleymanın ABŞ Nümayəndələr Palatasının interyerini bəzəyən barelyefi

Sultan Süleyman Qanuni bəzi mənbələrə görə 1494-cü il noyabrın 6-da, başqalarına görə isə 27 aprel 1495-ci ildə anadan olmuşdur. 1520-ci il sentyabrın 30-da atası Sultan I Səlim vəfat etdikdən sonra, 26 yaşında Osmanlı taxtına çıxmışdır. 1521-ci ildə Belqradı fəth etməklə Mərkəzi Avropanın, 1522-ci ildə Rodosu fəth etməklə isə Aralıq dənizi hövzəsindəki ərazilərin qapılarını Osmanlı İmperiyası üçün açmışdır. 1526-cı ildə böyük qüvvə ilə Mohaç düzənliyində macar ordusunu məğlub edərək Macarıstanın paytaxtı Budanı tutdu. 1529-cı ildə Vyananı mühasirəyə alsa da, qış mövsümünün yaxınlaşması səbəbindən geri çəkildi. 1532-ci ildə alman səfərinə çıxan Qanuni, Vyananı arxada qoyaraq Qrats, Marburq, Quns və daha bir çox alman şəhərlərini zəbt etdi. Yeddi ay Avropada gəzdiyi halda, Avstriya qüvvələri onun qarşısına çıxmağa cəsarət etmədiyi üçün geri qayıtdı.

1534-ci ildə Səfəvilər üzərinə səfərə çıxan sultan, Bağdad və Bəsrəni, 1535-ci ildə Təbrizi zəbt etdi. 1537-ci ildə İtaliya səfərinə çıxaraq, Otrantoya qədər irəlilədi.

Quruda dünya hakimiyyətini əlinə keçirən Sultan Süleyman Qanuni, Barbaros Xeyrəddin Paşa vasitəsi ilə dənizlərdə də Osmanlı dövlətinin gücünü göstərirdi. Bu böyük dəniz komandanı 27 sentyabr 1538-ci ildə Prevezedə Avropa donanmasını məhv edərək, müstəsna bir zəfərlə Aralıq dənizində tam bir türk hakimiyyəti qurdu. Sultan Süleyman Süveyşdə qurduğu donanma ilə də Qırmızı dənizi və Ərəbistan sahillərini təhlükəsizlik altına aldı və avropalıları Hindistan sahillərindən uzaqlaşdırmağa başladı.

1543-cü ildə Esterqon, Nis və İstolni-Belqrad, 1551-ci ildə Tripolitaniya və 1553-cü ildə Naxçıvan zəbt edildi. Qoca və xəstə bir halda ikən, 1566-cı ildə Macarıstan üzərinə hərbi yürüş zamanı, Sigetvar qalasının zəbti əsnasında 72 yaşında vəfat etmişdir. Onun daxili orqanları qalanın ətrafında basdırılmış, cəsədi isə İstanbula gətirilərək Süleymaniyyə məscidində dəfn edilmişdir.[1]

Belqradın fəthi

‎Belqrad qalası

Rodosun fəthi

Rodosun fəthini göstərən miniatüra

Rodos 1522-ci il 21 dekabrda fəth edildi.

Parqalı İbrahimin sədr-əzəm olması

Qanuni taxta çıxdığı zaman sədr-əzəm olan Piri Mehmet Paşa Qanuninin səltənətində daha üç il bu vəzifəni davam etdirmişdi. 1523-də o təqaüdə buraxıldı. Sarayda sultanın xüsusi otaqlarından məsul olan İbrahim Paşa qabiliyyətlərinə və padşahın ona duyduğu etibara görə Rumeliya bəylərbəyliyi də öhdəsində olmaqla, sədr-əzəm təyin edildi.

Əhməd Paşa üsyanı

Sədrəzəmlik gözləyən ikinci vəzir Əhməd Paşa, Parqalı İbrahim Paşanın sədrəzəm təyin olunması ilə özünün Misir bəylərbəyliyinə təyin olunmasını istəyərək İstanbuldan ayrıldı. 1524-cü ildə vali olaraq Misirə gəldikdən sonra Məmlüklər sülaləsindən olan dövlət adamlarını ətrafına yığaraq üsyan qaldırdı. Müstəqilliyini elan edən paşa, yeni bir dövlət qurmaq üçün pul çap etdirərək xütbə oxutdu. Sədr-əzəm İbrahim Paşa, üsyanı yatırmaq tapşırığını alaraq Misirə getsə də, Əhməd Paşa onun gəlişindən əvvəl sarayda öz adamları tərəfindən öldürüldü.

İbrahim Paşa Qahirəyə çatdıqdan sonra padşahın verdiyi səlahiyyətlə Misirdə maliyyə və inzibati islahatlar etdi. İstanbulda yeniçərilər arasında qarışıqlıq çıxması ilə əlaqədar padşah üç ay sonra onu İstanbula çağırır.

Yeniçəri üsyanı

Yeniçərilər 1525-ci ilin martında iştirak etdikləri hərbi səfərdə qənimət ala bilmədiklərinə görə narazı idilər. Sultan Süleymanın Ədirnədə və ya Kağıtxanədə olması, Parqalı Damat İbrahim Paşanın Misirə getməsini fürsət bilən yeniçərilər, 16 may 1525-ci ildə İstanbulda qiyam başlatdılar. Başda İbrahim Paşanın sarayı olmaqla vəzir Ayas Məhməd Paşa və dəftərdar Abdüssalam kimi dövlət adamlarının evlərini, gömrükləri, dükanları və xalqın evlərini talan etdilər. Üsyan əsnasında Süleyman Topqapı Sarayına çatdı. İlk olaraq Yeniçəri ağası Mustafa Ağanı edam etdirdi. Hadisəyə qarışan digər yüksək vəzifəli şəxslərin həbs edilməsi və padşahın sürətli və sərt bir şəkildə hadisəyə müdaxilə etməsi ilə üsyan çox yayılmadan yatırıldı.

Yəhudi Süleyman

Qanuni Sultan Süleymanın anası, Yavuz Sultan Səlimin xanımı Polşa yəhudisi Helqa xanım - Hafza Sultan olmuşdur. [2] Tövrat və Talmud qanunlarına görə Sultan Süleyman Qanuni həm də bir yəhudi hesab edilir. [3] Tövratda bu haqqda deyilir: “Yəhudi bir qadının yəhudi olmayan bir kişidən doğduğu uşaq yəhudidir. Qarışıq bir evlilikdə uşağın yəhudi olması, anasının yəhudi olmasına bağlıdır.” [4] Yəhudilərin şəriət kitabı Talmudun hissələrində isə yəhudi anadan doğulmuş bir uşağın yəhudi olması qəti şəkildə qeyd edilməkdədir: “Ana yəhudidirsə uşaq da yəhudidir. Amma ana yəhudi deyilsə, uşaq da yəhudi deyildir.” [5]

Yəhudi evliliklər

Sultan Süleyman Qanuni evliliyində də yəhudi adətlərinə itaət etmişdir. Qanuninin xanımı Haseki Xürrəm Sultan (Roksalana) Ukraynada Rohatin şəhərində yəhudi bir ailədə doğulmuş qadındı. [6] Xürrəm Sultanın məsləhətçisi Ester Handali və ya Ester Kira (vəfatı 1590) adlı yəhudi bir qadındı. Bu qadın əvvəl Xürrəm Sultanın, daha sonra isə onun gəlini Nurbanu Sultanın ən yaxın sirdaşı və məsləhətçisi olmuşdur. [7]

Xürrəm Sultan qızı Mihrimah sultanı, yəhudi əsilli Osmanlı paşası Kürkən Rüstəm Paşa ilə evləndirmişdi. [8] Qanuninin vəzifə verdiyi 1550 – 1553 – cü illərdə Osmanlı Donanmasının “Kaptan-ı Dərya”sı Sinaüddin Yusif Paşa isə Kürəkən Rüstəm Paşanın qardaşıydı. [9]

Xürrəm Sultan qızı Mihrimah Sultanı Vəzir-i əzəm Rüstəm Paşa ilə evləndirərək bir ittifaq yaratmışdı. Qanuni yeniçərilər tərəfindən çox sevilən və türk xanımdan olan oğlu Şahzadə Mustafanı onu taxtdan salmağı planlaşdırmaq bəhanəsi ilə öldürtdürmüşdür. Xürrəm Sultanın bu qərara gəlməkdə ona təsir göstərməsi fikri tarixi ədəbbiyyatda geniş yayılmışdır.

Qanuninin Xürrəm Sultandan olma oğlu II Səlim isə başqa bir yəhudi xanım Raşel – Nurbanu Sultanla evlənmişdi. [10] [11] Qanuni və onun oğlu III Səlimin dövründə sarayda yəhudilərin sayı daha da artmışdır. [12]

Nurbanu Sultanın kürəkəni Sokullu Mehmed paşanın həm həkimi, həm də siyasi məsləhətçisi yəhudi Salamon ben Nathan Aşkenazi olmuşdur. Nurbanu Sultanın digər kürəkəni Siyavuş paşa isə Benevist adlı bir yəhudini özü üçün məsləhətçi seçmişdi. [13]

Osmanlı sarayında yəhudilər

Yəhudilər Yavuz Sultan Səlim və Sultan Süleyman Qanuninin hakimiyyəti dövründə Osmanlı sarayında çox mühüm vəzifələri tutmuşdular. Tarixi mənbələrdə bir neçə belə yəhudi ailəsinin adı çəkilir. Moşe Hamon ailəsi həmin ailələrdən biri idi. Amonların böyüyü Yitzhak Hamon ilk öncə Qranada dövlətinin son hökmdarının şəxsi həkimi olmuşdu. 1492 – ci ildə yəhudilərin İspaniya və Portuqaliyadan qovulmaları zamanı həmin şəxs Qranadadan İstanbula gəlmişdi. Moşe Amonun atası Cozef Yasəf Hamon Sultan II Bəyazidin və Yavuz Sultan Səlimin (1518 – ci ildən etibarən) şəxsi həkimi olmuşdur. [14] [15]

Bu dövrün saray həkimlərindən biri də Musa Kalinus İsrailidir. Bu məşhur yəhudi də bir müddət Sultan II Bəyazidin və Yavuz Sultan Səlimin şəxsi həkimi olmuşdur. [16]

Yavuz Sultan Səlim İstanbuldakı vergi toplama işini xəzinəbaşı Eliyah Mizrahi adlı bir yəhudiyə tapşırmışdı. [17] [18]

Qanuni Sultan süleymanın hakimiyyəti dövründə isə yəhudilər Osmanlı saray idarəsində çox böyük bir ağalığa sahib olmuşlar. Yəhudilər bu Osmanlı sulyanının dövründə o qədər böyük güc və sərvət ələ keçirmişlər ki, İsrail kralı Şelmodan sonra onları təmsil edən ən böyük hökmdar kimi Qanuni Süleyman qəbul etmiş və onu Kral Süleyman adlandırmışlar. [19] [20]

Bu dövrün güclü yəhudi ailələrindən biri də Nasi ailəsidir. Cozef Nasi Süleyman Qanuninin ən yaxın sirdaşı və məsləhətçisi olmuşdur. Nasi ailəsi çox varlı idi və Qanuninin bütün diplomatic işlərini bu ailə idarə edirdi. Hətta Cozefin xahişi ilə Qanuni 1555 – ci ildə Roma apası IV Paula məktub yollayaraq Ankonada həbsdə saxlanan yəhudilərin azad edilməsini tələb etmişdi. [21]

Yəhudilərin təşəkkürü

Yəhudilər özlərinin kralı saydıqları Süleyman Qanuninin xatirəsini çox əziz tuturlar. Elmi əsəbiyyatda onun Möhtəşəm Süleyman, hakimiyyət dövrünün isə Möhtəşəm Yüzil adlandırılması geniş yayılmışdır. Yəhudi xalqı Süleymanın xatirəsini İsrailin paytaxtı Yerusəlimdə də əbədiləşdirmişlər. Belə ki, qədim Süleyman məbədinin Qərb divarına Davud peyğəmbərin möhürünün sol tərəfində Süleyman Qanuni üçün də bir möhür yapışdırmışlar (1538). “Yəhudi xalqının böyük qurtarıcısı və kralı” [22] sayılan Sultan Süleyman Qanunini bu gün ABŞ – da unutmamış, Amerika Numayəndələr Palatasının salon divarında akasiya yarpaqları (akasiya masonik ədəbiyyatda sonsuz hakimiyyət və möhtəşəmlik ifadə edən simvoldur) içərisində Qanuni Süleymanın portreti asılmışdır.

Yəhudi Ensiklopediyası “Judaica” Qanunini "Eretz İsrail kralı" adlandırır. Ensiklopediyada “Möhtəşəm” Süleymanın yəhudi tarixinin ikinci ən böyük kralı olması qeyd edilir. Dövrün məşhur hahamları Shelomo ben Mazal (1545), R. Isaac Bar Sheshet (1556), Shemuel Halevi və Rabi Abraham Zacuto (1566) Qanuni üçün yazdıqları şeirlərində qeyd edirlər: “Qanuni yəhudilərin namusudur. Möhtəşəmliyi yüksəkdir. Sionun qurucusu və İsrailin kralıdır.” [23] [24]

İstinadlar
↑ Sultan Süleyman Qanuninin ürəyi axtarılır
↑ S. Shaw, History of the Ottoman Empire and Modern Turkey, Vol. I, 1976. p.148
↑ Encyclopedia Judaica, Jerusalem, 1971. Vol. 19, s.305
↑ Tövrat, Vayikra, Emor 24/10 İzahı, s.545
↑ Talmud-Yevamot 23a Talmud-Kiduşin (Müqəddəs Şeylər) Raşi. s.68
↑ Andrée Aelion Brooks, The woman who defied kings, Michigan Universty, Paragon House, 2002, p.437
↑ E.Nashim, a Journal of Jewish Women's Studies and Gender Issues 13: p.49-67
↑ Elli Kohen, History of the Turkish Jews and Sephardim, University Press of America, 2007. p.51
↑ Sicil-i Osmani, Başbakanlık Osmanlı Arşivleri, Kültür Bakanlığı ve Toplumsal Tarih Vakfı, İstanbul.1996, Cilt:5, s.1515
↑ Encyclopedia Judaica, Jerusalem, 1971. Vol. 18, s.269
↑ S. Shaw, History of the Ottoman Empire and Modern Turkey, Vol. 1 (1976), p.175–79
↑ İ.Hakkı Uzunçarşılı, Osmanlı Devletinin Saray Teşkilatı, Türk Tarih Kurumu, Ankara 1945, s.88
↑ Encyclopedia Judaica, Jerusalem, 1971. Vol. 19, s.303
↑ Encyclopedia Judaica, Jerusalem, 1971. Vol. 18, s.269
↑ H. Inalcik, he Ottoman Empire the Classical Age 1300–1600.1973, p.23
↑ S. Shaw, History of the Ottoman Empire and Modern Turkey, Vol. I, 1976. p.148
↑ Encyclopedia Judaica, Jerusalem, 1971. Vol. 18, s.269
↑ H. Inalcik, he Ottoman Empire the Classical Age 1300–1600.1973, p.23
↑ Encyclopedia Judaica, Jerusalem, 1971. Vol. 19, s.303
↑ A.H. Lybyer, he Government of Suleiman (1966); S.W. Baron, in: Joshua Finkel Festschrit (1974), p. 29–36
↑ Encyclopedia Judaica, Jerusalem, 1971. Vol. 19, p. 304
↑ Encyclopedia Judaica, Jerusalem, 1971. Vol. 19, s.301
↑ Encyclopedia Judaica, Jerusalem, 1971. Vol. 19, p. 303
↑ M. Rozen, A History of the Jewish Community in Istanbul, he Formative Years, 1453–1566 (2002)


Tarix: 03.03.2013 / 16:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1280 Bölmə: Dunya ve tarixi
loading...