beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sultan Məsud Qəznəvi

Məsud Qəznəvi - Qəznəvilərin üçüncü sultanı.

Həyatı

Sultan Mahmudun oğlu Məsud (1030-1041) hakimiyyətə gəldi və qardaşı ona müqavimət göstərdi. Məsud əyanlara arxalanaraq qardaşını zərərsizləşdirə bildi. Məsud əyanlardan asılı oldu. Ölkədə rüşvətxorluq baş alıb gedirdi. Xarəzm Qəznəvilərdən ayrıldı. Qəznəvilərdə daxili ziddiyyətlər kəskinləşdi, səlcuqların Qəznəvi dövlətini sıxışdırması da gücləndi. Bütün bunlar dövlətin zəifləyib iflas etməsi ilə nəticələndi. 1040-cı ildə Dəndənəkan döyüşündə səlcuqlar qəznəvilərə qalib gəldilər. Bundan sonra Qəznəvi dövlətinin tərkibində ancaq Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. Ordu Məsudun məğlubiyyətindən narahat olaraq onu Məhəmməd Qəznəvi ilə dəyişdilər. Sultanın qızı Hürreyi Xuttali Məhəmməd Qəznəvinin oğlu Əhməd Qəznəvi ilə evləndirildi. Məsud həbs olunduğu qalada sui-qəsd nəticəsində öldürüldü


Tarix: 01.03.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 185 Bölmə: Dunya ve tarixi