beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II Səlim

II Səlim — Osmanlı sultanı

Qanuni Sultan Süleymanın oğludur. 1524-cü ildə anadan olub.Atası Qanuni Sultan Süleymanın Sigetvarın fəthi əsnasında vəfat etməsindən sonra Kütahyadan İstanbula gələrək 30 sentyabr 1566-cı ildə taxta çıxdı. Osmanlı Dövlətindəki səltənət dəyişikliyindən istifadə etmək istəyən dövlətlər sülh edə bilmək üçün elçilərini İstanbula göndərirdilər. Səlim uzun görüşmələrdən sonra Avstriya ilə səkkiz illiyinə andlaşma imzaladı. (17 fevral 1567). Buna görə Qanuninin Sigetvar səfərində zəbt etdiyi yerlər Osmanlı Dövlətinə qalacaq və Avstriya imperatoru hər il Osmanlı Dövlətinə 30.000 macar qızılı vergi verəcəkdi. İran (Səfəvilər) ilə edilən bir andlaşma ilə də Amasiya sülhü yeniləndi.

Osmanlı Dövləti, Suriya və Misiri aldıqdan, Şimal Afrikanın bir çox yerlərinə sahib olduqdan sonra Kipr adasının alınması bir zərurət halını almışdı. Beləliklə, İkinci Səlim bütün hazırlıqlarını tamamladıqdan sonra Mustafa Paşanı Kipr Sərdarlığına təyin etdi. Mustafa Paşa bütün Avropa dövlətlərinin kömək etmələrinə baxmayaraq 1 avqust 1571-ci ildə Kiprin fəthini tamamladı. Ancaq Osmanlı Donanması 7 oktyabr 1571-ci ildə Avropa Donanmasına qarşı girişdiyi müharibəni itirdi. Döyüşdə gəmilərinin böyük hissəsini itirən Osmanlılar, növbəti il dənizə daha böyük bir donanma endirməyi bacardılar. Bu səbəbdən Avropalıların müvəffəqiyyəti uzun çəkmədi.

13 sentyabrda 1574-cü ildə Tunis tamamilə Osmanlıların əlinə keçdi. Sultan Səlim Tunis məsələsinin həllindən sonra çox keçməmiş 15 dekabr 1574-cü ildə xəstələnərək vəfat etdi.


Tarix: 03.03.2013 / 16:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 198 Bölmə: Dunya ve tarixi