Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diplomatik mübarizə

1915-ci ilin aprelində Londonda Antanta dövlətləri İngiltərə, Fransa və Rusiya gizli razılaşma ilə İtaliyaya bir sıra ərazilər vəd edərək onu öz tərəflərinə çəkdilər. Antanta İtaliyanın hakim dairələrinə Almaniyanın və Balkanlarda İtaliya ilə maraqları toqquşan Avstriya-Macarıstanın vəd edə biləcəyindən daha çox şey vəd etdi. İtaliya "Antanta"ya qoşuldu. 1915-ci ilin sentyabrında Bolqarıstan Avstriya, Almaniya və Osmanlı dövlətləri ilə ittifaqa girdi. 1916-cı ilin avqustunda Rumıniya "Antanta" tərəfdən müharibəyə qoşuldu. 1917-ci ilin aprelində ABŞ Almaniyaya müharibə elan etdi. ABŞ Rusiyanın məğlub olaraq müharibədən çəkilməsindən sonra onun müttəfiqləri olan Antantanın məğlub olacağından ehtiyat edirdi. Belə ki, ABŞ höküməti və bankları Antanta dövlətlərinə çox böyük miqdarda kredit vermişdi. Əgər Antanta məğlub olsaydı onlar öz borclarını ödəyə bilməyəcəkdi və buna uyğun olaraq da ABŞ iqtisadiyyatı da tənəzzülə uğrayacaqdı. ABŞ ordusunun müharibəyə qoşulması Antanta qoşunlarında çox böyük ruh yüksəkliyi yaratdı. Ümumiyyətlə 38 dövlətin qoşulduğu dünya müharibəsi hər iki tərəfdən ədalətsiz, işğalçılıq müharibəsi idi.


Tarix: 03.03.2013 / 16:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 102 Bölmə: Dunya ve tarixi
loading...