beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lusi Ver

Lusi Avreli Ver (lat. Lucius Ceionius Commodus, Lucius Aelius Commodus, Lucius Aelius Aurelius Commodus; * 15 Dekabr 130; † 169 Altinum) — Mark Avreli ilə müştərək 161-169-cu illərdə Roma imperatoru olmuşdur.Mündəricat
1 Həyatı
1.1 Kimliyi
1.2 Siyasi fəaliyyəti və müştərək imperatorluğu
1.3 Parfiya müharibəsi
1.4 Əyyaş imperator
1.5 Ölümü
2 Mənbə
3 Xarici keçid


Həyatı

Kimliyi

Doğma atası Lusi Eliy Ver Adrian tərəfindən oğulluğa götürüldüyünə görə qısa müddət imperatorluğa xələf olmuş, lakin 1 yanvar 138 ci ildə Adriandan qabaq vəfat etmişdir. bundan sonra azyaşlı Lusi Ver növbə üzrə ikinci xələf adlandırılır ki, öz növbəsində imperatorluğu Antonin Piydən Mark Avreli ilə birlikdə qəbul etmiş olur.

Siyasi fəaliyyəti və müştərək imperatorluğu

Karyerasına 153 cü ildə Kvestor, 154 cü ildə Konsul kimi başlamışdır. 32 yaşında Pretor, 161 ci ildə təzədən konsul kimi fəaliyyət göstərir.

Antonin Piyin ölümündən sonra Mark Avreli artıq hakimiyyətdə olsa da, və senatın idarəetməni tək ona tapşırmasına baxmayaraq hakimiyyəti Lusi Ver ilə bölüşməyi qərara alır.

Ciddi və tədbirli Mark Avrelidən fərqli olaraq, Lusu Ver öz kefi üçün yaşamağa, gününü kef məclislərində, əyləncədə keçirməyi üstün tuturdu. Antik mənbələrdə şəxsiyətinə cox tənqidi yanaşılır və o Neron ilə müqqayisə edilir.

Parfiya müharibəsi

162—166 ci illərdə Ver Parfiya çarlığı ilə müharibədə imperiya qoşunlarına rəhbərlik etmişdir.

163 cü ildə Suriyaya gələrək parfiyaya qarşı müharibəyə hazırlaşarkən yüngül vä eşqibazlıq hərəkətləri ilə özünü cox alçaltmışdır. o hətta məşuqəsinin göstərişi ilə saqqalıni qirxmağa məcbur olmuşdur. Sərkərdələri döyüş meydanında çətinliyə düşəndə belə, hətta Kapadokiya valisi öz legionu ilə məğlub edildikdə belə o, öz kefindən qalmırdı. Günlərini ov ovlamaqda, musiqi sədaları altında dəniz gəzintisində keçirirdi. Müharibədən sonra qələbəni Ver və Mark Romada zəfər yürüşü keçirərək qeyd edirlər. Bu qələbənin əldə edilməsində Lusi Verin deyil sərkərdələrin böyük əməyi olmuşdur. Bu müharibədə Mesopatamiya, Suriya və Ermənistan Romanın ərazisinə təzədən qatılmış olur. Bu münasibətlə Lusi Ver özünə yeni lat. Armeniacus ləqəbini götürür.

Əyyaş imperator

Romaya geri dönən Lusi Ver tam səveh və əyyaş bir həyat tərzi keçirir. Kef məclislərindən sonra tez-tez qlaiyator döyüşləri keçirdərmiş. Mark Avreli fəlsəfi "Düşüncələr"ində Veri belə xarakterizə edir: "...qardaşımın əxlaqı məni öz qeydimə özüm qalmağı vadar edir,amma onun istiqanlığı və hörmətcilliyi məni sevindirir."

Mark Avreli qardaşının bu hərəkətlərindən utansa da özünü görməməzliyə vururdu. Onu nəzarətsiz buraxmamaq üçün 167 ci ildə Markomann müharibəsində özü ilə yürüşə götürür. Orada Lusi Ver günlərini ovda və kef məclislərində keçrərkən, Mark Avreli bütün işlərin həllini öz üzərinə götürür. Pannon alındıqdan sonra Romaya geri dönürlər.

Ölümü

40 yaşına çatmamış insultdan (lat.Apoplexia cerebri) vəfat etmişdir. Onun ölümü Mark Avreli ağlatmışdır. Senat onu " Ilahi Ver" adlandıraraq allahlar sırasına aid etmişdir


Tarix: 05.03.2013 / 13:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 317 Bölmə: Dunya ve tarixi