beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evdə ketçup hazırlamaq üçün..

Lazım olan ərzaqlar:
1 kq pomidor;
2 ədəd soğan;
3-4 diş sarımsaq;
3-4 xörək qaşığı sirkə;
2 çay qaşığı qırmızı istiot;
1 çay qaşığı qara istiot;
1 çay qaşığı şəkər tozu;
1 çay qaşığı duz;
1 ədəd dəfnə yarpağı.
Hazırlanması:
Soğan, pomidor və sarımsağı doğrayın. Qazanda 30 dəqiqə bişirin. Sonra süzgəcdən keçirərək sirkəni, qırmızı istiotu, şəkər tozunu, qara istiotu, duzu və dəfnə yarpağını əlavə edin. Qarışdıraraq 5-10 dəqiqə bişirin. Soyuduqdan sonra bir qaba töküb soyuducuya qoyun.
P.S. Zövqə görə istəsəniz hazırladığınız ketçupa zeytun və ya günəbaxan yağı da əlavə edə bilərsiniz.


Tarix: 29.11.2014 / 14:38 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Dünya mətbəxi