beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəhvə sevənlər üçün dadlı reseptlər

"Şokoladlı qəhvə"
Şokolad siropu, qəhvə və buz blenderdə çalınır və qədəhə tökülür.
Şokolad siropu yoxdursa, yekə bir qabı su ilə doldurub ocağa qoyun. Həmin qabın üzərində içində şokolad olan başqa bir qab yerləşdirin. Su buxarında şokolad əriyəcək.

"Koffe qlisse"
Qəhvənin üzərinə şəkər tozu və qaynaq su əlavə edilib köpük əmələə gələnə kimi bişirilir. Daha sonra hündür stəkana süzülüb üzərinə dondurma qoyulur. Kofe qlisseni həm soyuq, həm də isti halda içirlər. Soyuq olması üçün içinə buz əlavə edə bilərsiz.

"Latte"
Şəkər siropunun üzərinə əvvəlcə çalınmış süd, daha sonra suda həll olunmuş qəhvə asta-asta əlavə edilir. Əgər bu proseduru diqqətlə etsəz, qəhvə ilə süd qatı bir-birinə qarışmayacaq və laylı qəhvə kokteyli alınacaq.

"Black Forest Mokka"
Qaynar suda həll olunmuş qəhvə, şokolad siropu, çiyələk siropu qarışdırılır və qaynar süd əlavə olunur.

"Qaymaqlı qəhvə"
Qəhvə dəmlənir və buzla qarışdırılır. Sonra isə asta-asta qaymaq əlavə edilir. İsti halda içmək istəsəz buz əlavə etməyin


Tarix: 29.11.2014 / 14:35 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Dünya mətbəxi