beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göbələkli makaronun hazırlanması

Saytımızda makaron növləri az olduğu üçün, dərhal sizə bir makaron tərifi vermək istədim. Sevəcəyinizi təxmin etdiyim nəfs bir makaron növü olub, sevdiklərinizlə nuşla yeməyiniz diləyi ilə ....

Tərkibi:
1 paket makaron
1 paket krem
1 dəstə cəfəri
Yarım kilo göbələk
2 qaşıq kərə yağı
1 qaşıq zeytun yağı

Hazırlanması:
Zeytun yağı və bir az duz əlavə etdiyiniz makaron suyunu qaynadın.
Qaynayan suyun içinə makaronu atın və 10 dəqiqə qədər qaynadın.
Yalnız , makaronun suyunu çevirməmək səy göstərin . Buna görə qaynatma suyu , nə çox , nə də çox az olsun .
Makaron bişərkən göbələkləri yuyun və doğrayın. Cəfərini doğrayın.
İri tavada kərəyağını əridin. İçinə göbələkləri əlavə edin. Göbələklər suyunu çəkənə qədər qarışdırın.
Sonra kremi əlavə edin və ocağın altını azaldın . bişənə yaxın başladığında cəfərini əlavə edin.
1-2 dəfə qarışdırıb ocağın altını bağlayın .
Göbələk sousunu , istər süzdüyünüz makarona qarışdırın , istəsəniz servis edərkən makoronunuzun üstünə qoyun.

Nuş olsun!


Tarix: 29.11.2014 / 14:09 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Dünya mətbəxi