beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Paşa börəyi resepti

Tərkibi:
2,5 st. un
1 yumurta
2 kubik ət bulyonu
0,5 kq qiymə
2 baş soğan
0,5 dəstə cəfəri
0,5 kq qatıq
3-4 diş sarımsaq
125 q kərə yağı
Duz
İstiot
Qırmızı istiot

Hazırlanması:
Unu ələyin, ortasını çalalayın. 1 yumurta qırın.
Unun üzərinə duz səpin. 0,5 st. su əlavə edərək yoğurun.
Xəmiri yaş dəsmalın altında 10 dəqiqə saxlayın.
Soğanı qovurun, qiyməni əlavə edin, suyu çəkilənədək bişirin.
Duz, istiot, qırmızı istiot, doğranmış cəfəri əlavə edin.
Xəmiri 5 bərabər kündəyə bölün. Hər birini 30 sm diametrdə yayın.
Bu yuxaları bol yağda qızardın. Sonra ət bulyonuna batırın.
Siniyə bir qat yuxa, bir lay iç qoymaqla üst-üstə düzün.
Ən son yuxanın üzərinə 3-4 çömçə ət bulyonu tökün.
200 dərəcə qızdırılmış sobada 5-6 dəqiqə bişirin.
Sarımsağı doğrayıb qatıqla qarışdırın. 2 x.q. kərə yağını əridib qırmızı istiotu içinə tökün.
Sonra qatığı da, yağda qovrulmuş qırmızı istiotu da hazır börəyin üstünə tökün.

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:38 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Dünya mətbəxi