beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ful (Ərəb mətbəxi )

Tərkibi:
4 su stəkanı daxili paxla (mümkünsə quru, yoxsa təzəsi də istifadə edilə bilər)
5 yemək qaşığı qatıq
3 yemək qaşığı küncüd unu
2 diş sarımsaq
1/2 limonun suyu
1/2 su stəkanı qədər su
Duz
Üzəri üçün zeytun yağı, pulbiber və zirə

Hazırlanması:
1. Əgər quru paxla istifadə edəcəksinizsə bir gecə əvvəldən isladıb, sabahısı gün qaynadaraq hazırlayın.
Təzə paxlanı birbaşa qaynadıb istifadə edə bilərsiniz. Qaynadılan paxlaları mülayimə buraxın.
2. Qatıq, küncüd unu, sarımsaq, limon suyu, su və duzu blenderə qoyun, püre halına gətirin.
Bu sousun su əlavə edilməmiş halı yenə bir ərəb yeməyi olan felafil ilə xidmət edilən sousla eynidir.
Sous Ful üçün istifadə ediləcəyi zaman bir az daha sulu olması lazımdır.
3. Paxlaları xidmət qabına alın. Üzərinə küncüd unlu soustan tökün. Üzərinə zeytunyağı gəzdirib pul bibər və bol miqdarda zirə səpin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:56 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Dünya mətbəxi