beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çarlz Darvini təkamül nəzəriyyəsi haqqında

Çarlz Darvinin (Charles Darwin) 1859-cu ildə işıq üzü görmüş “Növlərin mənşəyi” adlı kitabı ilə gündəmə gələn təbii seçməyə əsaslanan Təkamül nəzəriyyəsi elə o vaxtdan bu günə qədər müzakirə predmetinə çevrilmişdir. Bu nəzəriyyə dünyadakı həyatın təsadüf nəticəsində meydana gəldiyini və bütün canlıların ortaq bir canlıdan törədiyini irəli sürür. Nəzəriyyəyə görə insan nəslinə ən yaxın canlılar meymunlardır.

Təkamülü müdafiə edən nisbətən insaflı alimlər bunun bir nəzəriyyə olduğunu etiraf etsələr də, nəzəriyyə insanlara elmi həqiqət kimi təqdim edilmişdir. Halbuki bunun yanlış olduğunu göstərən və gündən-günə çoxalan elmi dəlillər var. Bu yaxınlarda isə insanlarla meymunların genetik oxşarlığı iddiasının da yanlış olduğu isbat edildi. Məşhur “Nature” jurnalının son sayında çap olunan "Şimpanze xromosomu qarışıqlığa səbəb oldu" adlı məqalə insan və şimpanze genlərinin daha çox fərqləndiyini ortaya qoyuldu. ABŞ-da biokimya sahəsində şöhrət qazanmış prof. Mişel J. Behedən (Michael J. Behe) bu haqda müsahibə aldıq. Kitab və məqalələrində Təkamül nəzəriyyəsini tənqid edən prof. Behe müsahibəsində həyatın yaranması haqqında maraqlı açıqlamalar verdi:

– Hörmətli professor Behe, bu il “Nature” jurnalında çap olunan və insanla şimpanze genlərinin çox fərqli olduğunu göstərən son elmi tapıntı haqqında nə düşünürsünüz?

Bu araşdırmanı Tokio Universitetinin bir tədqiqat heyəti insan və şimpanzenin 22 və 21-ci xrom­osom­la­rının genetik əlifabadakı bütün hərflərini bir-bir müqayisə etməklə gerşəkləşdirdi. Onların əldə etdiyi nəticə olduqca əhəmiyyətlidir, çünki iki canlı növü arasında daha çox fərqlərin olmsından xəbər verirdi. Bu nəticə ən azı insan mənşəyi ilə bağlı Darvin nəzəriyyəsini çıxılmaz vəziyyətdə qoyur.

Əslində biologiya elmini dərindən araşdırırıq, paralel olaraq Darvinizmin problemləri artır. Darvinizminn qaneediciliyi canlılar haqqında məlumatla tərz mütənasibdir, yəni canlılar haqqında məlumat nə qədər az olarsa, Darvinizm də bir o qədər qaneedici olar. Çünki canlılar haqqında məlumatımızın azlığı bizdə onların sadə və bəsit olması fikrini oyadır. Darvinizm də bəsit sandığımız bu canlı sistemləri kiçik təsadüfi dəyişmələrlə izah edir. Ancaq son 30 ildə həyatın daha ağlasığmaz dərəcədə kompleks quruluşa malik olduğunu öyrəndik. Məsələn, təkamül təsnifatında ən bəsit canlı kimi təqdim edilən bakteriyalar hərəkət etmək üçün kiçik, amma çox kompleks və mükəmməl biokimyəvi mühərriklərə malikdir. “Bu kompleks mexanizm necə əmələ gəlmişdir?” sualının bir cavabı var: fövqəltəbiət bir yaradılış.

-Yaxşı bəs, canlıların orqan, gen, və ya zülallarının bir-birinə bənzəməsi nə mənaya gəlir? Bunları canlıların bir ortaq əcdaddan əmələ gəldiyini irəli sürən Darvinizm üçün dəlil hesab etmək olarmı?

Xeyr. Müxtəlif canlıların oxşarlığı əvvəla biologiyanın əsas sualına cavab vermir. Bu sual müxtəlif canlılarda spesifik və olduqca kompleks orqan və sistemlərin necə yaranması haqdadır. Darvinizm bu suala cavab verə bilmir.

Digər tərəfdən, bir-birindən ən uzaq hesab edilən orqanizmlər arasında belə heyrətamiz oxşarlıqlar mövcuddur. Məsələn, insanla bakteriyalar arasında… Ortaya belə bir sual çıxır: bu oxşarlıq Darvin nəzəriyyəsi ilə üst-üstə düşürmü? Əslində, düşmür, çünki təkamül nəzəriyyəsinin bir-birinə çox yaxın qohum heasb etdiyi canlıların genetikası bəzən çox fərqli olur. Və ya bir-birindən tamamilə uzaq olan canlılar olduqca oxşar orqan və ya genlərə malik olur. Məsələn, insan gözü ilə oktapodun (ahtapot) gözü haradasa eynidir. Əlbəttə, bu oktapodla qohum olmağımız mənasına gəlmir. Bu iki göz quruluşunun “ortaq əcdad”dan deyil, “bir Yaradanın elmindən” qaynaqlanan bir dizayn olduğunu qəbul etmək daha məntiqlidir.

− Zənnimcə, bu dizayn anlayışı sizin də tərəfdar olduğunuz“ağıllı dizayn” (intelligent design) nəzəriyyəsindən irəli gəlir. Sizcə bu nəzəriyyə canlılar arasında olan oxşarlığı daha yaxşı izah edir?

Bəli, bu oxşarlıqları dizaynla da izah edə bilərsiniz. Bildiyimiz kimi, bir çox dizayner və ya ixtiraçı müxtəlif sistemlərdə bir çox oxşar parçalardan istifadə edir. Məsələn bolt, vint, ya da kabel müxtəlif cihazların strukturna daxildir. Çünki bunlar sözügedən mexaniki sistemlərin quraşdırılmasında istifadə edilən ən ideal hissələrdir. Əlbəttə, kabeli olan iki maşından biri digərindən təkamül keçirərək ortaya çıxmamışdır. Ayrı-ayrı hazırlanmışdır. Canlılara xas oxşarlığın izahında ortaq dizayn anlayışı olduqca əsaslıdır.

Mişel Behe kimdir?

ABŞ-ın nüfuzlu Lehigh Universitetində biokimya üzrə professor olan Mişel J. Behe (Michael J. Behe) 1997-ci ildə işıq üzü görən «Darvinin qara qutusu: təkamülə biokimyəvi meydan oxuma» adlı kıtabı ilə elm dünyasını sarsıtdı. Məşhur “National Review” jurnalı Behenin əsərini «XX əsrin ən uğurlu (müəssər) yüz kitabından biri» ünvanına layiq gördü. Prof. Behe kitabında həyatın mənşəyini «ağıllı dizayn» (intelligent design) adlı yeni bir nəzəriyyə ilə izah edir.

Bu gün ABŞ-da yüzlərlə elm adamı, institut və elmi dərnək bu “ağıllı dizayn” nəzəriyyəsini müdafiə edir. Məhz bu təşkilatların etirazları nəticəsində ABŞ-ın Corcia, Ohayo və Nyu Mexiko ştatlarında Darvinist fikirlər dərsliklərdən çıxarıldı. Bu fəaliyyətlər digər ştatlarda da davam etdirilir. “Ağıllı dizayn” hərəkatına rəhbərlik edən “Discovery İnstitute“ qurumunun başçısı isə ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın köməkçisi Bryus Çapmandır.

− Darvinizm tərəfdarlaı bu dizayn nəzəriyyəsini bəzən çox tənqid edir və müzakirədən kənarlaşdırmağa, Darvinizmi biologiyanın inkarolunmaz sahəsi kimi təqdim etməyə çalışırlar. Sizcə bunun səbəbi nədir?

Bunun səbəbi elmi deyil, fəlsəfi və ideoloji mahiyyətdədir. Bəzi elm adamları kainatı və həyatı yalnız təbii faktorlarla izah etməyə üstünlük verir, buna inanırlar. Bu inancın kökündə isə kainat və həyatın yalnız fiziki qüvvələin məhsulu olması fikri dayanır. Yaxşı bəs əgər belə deyilsə? Bir eynək görəndə bunun yalnız fiziki gücün məhsulu olmadığını, aqil və sənətkar usta tərəfindən hazırlandığını düşünə bilirik. Həyat isə bundan min dəfələrlə artıq kompleks mahiyyətə malikdir. Dolayısilə, həyatın da yaradılmasının zəruri bir zərurtə olması nəticəsinə gəlirik. Burada əsas məsələ elmi faktlara mümkün qədər çərçivəli, hazır qəliblə yanaşmamaqdır.

İnsan və şimpanze genlərinin çox fərqli olduğu aşka edildi

İnsan və şimpanzenin genetik quruluşunu müqayisə edən bu son elmi tədqiqat onlar arasında böyük fərq olduğunu aşkar etdi. Yaponiyanın Yokohoma şəhərində yerləşən Riken Genom Elmi Tədqiqat İnstitutunda əməkdaşı dr. Todd Teylora rəhbərlik etdiyi heyətin apardığı tədqiqatda elm tarixində ilk dəfə insan və şimpanze genləri bir-bir müqayisəli şəkildə araşdırıldı. Tədqiqatın nəticəsi böyük bənzərliklə qarşılaşacağına ümid edən heyəti heyrətə gətirdi.

Dr. Teylor və heyəti əldə edilən nəticəni məşhur “Nature”nin 2004-cü ilin may sayında yayımladı. Bu ilk ətraflı tədqiqat “Şimpanze xromosomu çaş-baş saldı” adlı məqalə ilə şimpanze və insan genlərinin olduqca fərqli olduğunu ortaya qoydu.

Əvvəllər aparılan müəyyən məhdud qarşılaşdırmalar nəticəsində insan və şimpanze genlərinin 98 %-nin bir-birinə bənzədiyi iddia edilmiş və bu, tez-tez təkrarlanan təkamül dəlilinə çevrilmişdi. Dr. Teylor və heyəti bu mövzuda ilk dəfə dərin və təfərrüatlı araşdırma apardı. Şimpanzenin 22-ci xromosomunu insanın müvafiq 21-ci xromosomu ilə müqayisə edən heyət 68000 DNT vahidinin tamam fərqləndiyini aşkar etdi. Tədqiqatçılar “Nature” jurnalında çıxan məqalədə araşdırılan 231 gendə 83%-lik böyük fərqin olduğunu, genlərin % 20-nin isə tamamilə fərqləndiyini bildirirdilər.

Avstraliyanın “Sidney Morning Herald” qəzeti bu nəticəni "Şimpanzelər bizə sandığımız qədər yaxın deyilmiş" şəklində şərh etdi. Fransanın genetika üzrə Genoscope adlı təqdiqat insitutunun rəhbəri dr. Cin Veysenbax (Jean Weissenbach) da bu nəticəni təsdiq edərək şimpanzenin insanla müqayisədə minlərlə olduqca fərqli genə malik olduğunu bildirdi.

Darvinistlər elmin metafizik bir gücü qəbul etmədiyini iddia edirlər. Halbuki XIX əsrin ortalarına qədər əksər elm adamı böyük bir yaradıcı gücü, yəni Allahı qəbul edirdi. “Elm materialist olmalıdır” iddiası Darvindən sonra geniş yayılmışdır, ancaq bu iddia getdikcə elmi dəlillərlə dahaçox təzad təşkil edir. Elmin vəzifəsi həyatı materialistcəsinə deyil, düzgün izah etməyə çalışmaqdır.

− “Darvinin qara qutusu” adlı kitabınız” National Review” jurnalı tərəfindən XX əsrin ən mühüm 100 kitabdan biri adına layiq görüldü. Sizcə, bu kitaba niyə bu qədər dəyər verildi?

Bunun səbəbi əslində kitabda yer alan yeni və orijinal məlumatlar deyil. Oxucuya sadəcə həytın molekulyar səviyyəsində çox həssas və kompleks sistemlərin varlığını, bunun isə şüurlu bir planlama və təşkilin dəlili olduğunu göstərdim. Çox adam həyata səthi baxanda, bitkiləri, heyvanlariı, quşları, balıqları müşahidə edəndə bunların bir plan və proqram olduğunu hiss edə bilir. Ancaq məktəblərdə öyrədilən Darvin nəzəriyyəsi təbiətdəki bu mövcud ahəngin Sənətkarsız izah olunacağını irəli sürür. Zənnimcə, kitabımın ən böyük təsiri Darvinist düşüncənin çox səthi və aldadıcı olduğunu göstərməsi oldu.

— Sizcə, Darvinizmin üzləşdiyi ən çətin məsələ nədir?

Darvinizmin ən çətin məsələsi yeni bioloji varlıqların, yeni canlıların necə ortaya çıxmasını izah etməkdir. Darvinizm yalnız var olan bioloji varlıqların kiçik dəyişikliklərə necə məruz qalmasını işıqlandıra bilər. Məsələn, Qalapaqos adalarında yaşayan birəbitdən quşlarının dimdiklərində olan kiçik fərqləri izah edə bilər. Amma quşlar necə əmələ gəldi? Quş lələyi, qanadı, bu kompleks orqanlar necə yarandı? Beyin, göz, qanın laxtalanması kimi bir çox amilin ahəngdar fəaliyyəti ilə işləyən bu qədər həssas orqan və sistemlər necə meydana gəldi? Darvinizmin bunları izah etməsi qeyri-mümkündür, çünki bunlar olduqca mürəkkəb varlıqlardır və onların hər bir tərkib hissəsi bötövü təşkil etmək üçün qüsursuz, mükəmməl olmalıdır. Bunların mənşəyini ancaq şüurlu və sonsuz qüdrət sahibi, fövqəltəbiət bir Yaradanın müdaxiləsini qəbul etməklə izah etmək mümkündür.

Darvinə qarşı yeni bir dəlil

İnsanla şimpanze genetikasının olduqca oxşar olması iddiası XIX əsrdə İngilis alimi Çarlz Darvin (Charles Darvin) tərəfindən ortaya atılan təkamül nəzəriyyəsinə əsaslanır. Darvin bütün canlıların ortaq bir əcdaddan təsadüflərlə təkamülləşdiyini iddia edərək meymunların insanın ən yaxın qohumu olduğunu irəli sürürdü. Ancaq XX əsrin ikinci yarısında əldə edilən elmi faktlar Darvinin iddiaları ilə ziddiyyət təşkil edir. Buna görə də təkamül nəzəriyyəsi başda ABŞ olmaqla Qərb ölkələrində də təkrar gözdn keçirilir, ittiham edilir. Bu elmi təşkilatların fəaliyyətləri nəticəsində ABŞ-ın Corciya, Ohayo və Nyu Mexiko ştatlarında dərsliklərdə verilən Darvinist fikirlər çıxarıldı. Digər ştatlarda da bu istiqamətdə işlər davam etdirilir..

— Darvinizmin gələcəyi haqqında nə deyə bilərsiniz? Darvinizm yaşayacaq?

Mənə elə gəlir ki, Darvinizm artıq səhnədən çıxır. İnsanlar həyatı bu nəzəriyyə ilə izah etməyin qeyri-mümkünlüyünü görəcək və onu arxivə göndərəcəklər. Gedişat da bunu göstərir. Bunun səbəbi isə mənim və ya başqa elm adamlarının gördüyü işlər deyildir. Həyat haqqında nə qədər çox şey öyrənsək, onun nə qədər mürəkkəb və mükəmməl olduğunu daha yaxşı başa düşərik. Elm adamları bu qədər mürəkkəb varlıqların Darvinin irəli sürdüyü kimi məqsədsiz və təsadüfün məhsulu olmadığını görürlər.

− Bildiyimiz kimi, Darvinizmi müdafiə edənlər, ümumiyyətlə özlərinin elmi düşündüyünü, qarşı çıxanların isə yalnız dini inanclara əsaslandığını söyləyirlər. Sizin təsvir etdiyiniz mənzərə isə bunun doğru olmadığını göstərir. Bu haqda nə deyirsiniz?

Bəli, tamamilə düzdür. Keçmişdə Darvinizmə qarşı yalnız dini əsaslı etirazlar vardı. Nəzəriyyənin tərəfdarları isə bu günə qədər elmin onlar tərəfində olduğunu iddia edirdilər. Halbuki XX əsrin axırlarında qazanılan elmi nailiyyətlər mənzərəni tərsinə çevirdi. Bu gün Darvinə qarşı etirazımız bilmədiklərimizdən deyil, bildiklərimizdən qaynaqlanır. Artıq doqmatik düşüncəni seçənlər Darvinistlərdir. Biz onlara canlılar ələminin planlı və proqramlı yaradıldığını göstərən elmi dəlillər təqdim edirik, onlar isə sırf fəlsəfi və ideoloji dünyagörüşü üzündən bunları rədd edirlər.


Tarix: 08.12.2014 / 16:24 Müəllif: Aziza Baxılıb: 214 Bölmə: Biologiya