beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevimli güllər haqqında

Qızılgül - dekorativ çiçək becərmədə gülçiçəklilər fəsiləsinin itburnu cinsinə aid mədəni bitki növlərinin qəbul olunmuş adı. Qızılgülün kök sistemi milvarıdır və torpağın 5 mdərinliyinə kimi işləyir. Çox gövdəli olmaqla, budaqlıdır. 1,5-2 mhündürlükdə koldur, yaşıl və ya qırmızı-yaşıl tikanlı gövdəsi vardır. Yarpaqları gövdə üzərində növbə ilə yerləşir. İri kolunda 800-1000 ədəd çiçək əmələ gəlməklə, çiçəyində 60-120 ləçək olur. Ətraf mühitdən asılı olaraq,efiryağlı qızılgül 30-50 il ömür sürür. Bu dövrdə bitkinin budaqları tez-tez dəyişir. Qızılgüldə iki tip çoxillik budaqlar: Əsas və ya anac və boyu tükənən budaqlar mövcuddur. Beş tip birillik zoğları (boy-verən, vaxtsız çıxan, yağlı, generativ və silleptik) vardır. Əsas və ya anac budaqlar 5-6 yaşda olub,üzərində güçlü inkişaf etmiş boy və generativ zoğları daşıyır.



İnci çiçəyi — Botanikadakı adı Convallaria Majalis olan və xalq arasında May çiçəyi kimi tanınan inci çiçəyi, Zambaqkimilər fəsiləsindən olub, daha çok İstanbul, İzmir və Toros dağlarının olduğu bölgələrdə bitən, balaca ağ çiçəkli ve gözəl ətirli bir çiçəkdir. 15-30 sm hündürlüyündə olan inci çiçəyinin kiçik qırmızı yemişləri vardır və zəhərlidir.
İnci çiçəyi kölgəli və rütubətli yerləri sevir. Salxımlar formasında böyüyən ağ çiçəkləri onun dekorativ bitki olaraq istifadəsi edilməsi üçün idealdir. İnci çiçəyi kök, gövdə, saplaq, yarpaq və çiçəkləri, yapışqan bitki mayedən ibarətdir. Çiçəklərindən ətir istehsalında istifadə olunur. Eyni zamanda sağlamlığa,xüsusilə də ürəyə və qan dövranına faydalıdır.




Yasəmən- zeytungüllər (Oleaceae) fəsiləsinin Jasminum cinsindən olub, 300 ə qədər tropik və subtropik bitki növündəndir. Gözəl ətirli çiçəklər açan bu çoxillik bitki növü Qərbi Amerika xaric bütün qitələrdə yabanı olaraq bitir. Yasəmən növünün çoxu sarmaşıq formadadır. Ağ, sarı və çəhrayı rəngli çiçəklər açır. Ən çox becərilən yasəmən növlərindən biri adi yasəməndir (Jasminum officinale). Vətəni İran olan və Mərmərə ətrafındakı ölkələrdə çox rast gəlinən bu bitki parlaq yarpaqları və xoş qoxulu ağ çiçəkləriylə, parkları və bağçaları bəzəyir. Bu çiçəkdən həmçinin ətir sənayesində yağ istehsal olunur.




Bənövşə- bənövşəgüllər (Violaceae) fəsiləsinə aid olub Viola cinsindən olan bitkidir. Çox zaman dipçəkdə becərilir.400-lə 500 arası forması vardır. Dünyanın bir çox yerində yetişdirilməyi ilə yanaşı ən çox Qərb yarımkürədə bitir. Eyni zamanda Havay və Cənubi Asiyada da bitir. Təbiətdə işıqlı, lakin kölgədə və nəmli bölgələrdə yetişir.


Tarix: 08.12.2014 / 16:20 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Biologiya