beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təkamül nəzəriyyəsi

Təkamül nəzəriyyəsi - Yer kürəsinin biosferasının, onu ayrı-ayrı növlərinin tarixi inkişafını iddia edən ideya və konsepsiyaların cəmindən ibarətdir. Birinci təkamül ideyaları antik dövrdən irəli sürülürdü, ancaq Çarlz Darvinin əsərləri təkamülü biologiyanın əsas konsepsiyası edir. Baxmayaq ki, vahid və ümumi qəbul olunmuş bioloji təkamül nəzərəriyyəsi indiyə qədər yaradılmayıb, təkamülü təsdiq edən coxlu sayda elmi dəlilər və nəzəriyyələr mövcud oldugu üçün təkamül faktı elmi ictimaiyyətdə şübhə dogurmur.

Kimyəvi təkamül
Qeyri canlı materialların təşəkkülü nəticəsi kimi sadə canlı sistemin yaranması haqqındakı təsəvvürlər ancaq son zamanlar zənginləşdi. Bu təsəvvür yolunda əhəmiyyətli şaxə 1953 –cü ildə ilk dəfə əsas bioloji molekulların ən sadə kimyəvi reaksiyalar nəticəsində yaranması mümkünlüyünü göstərən Miller-Yuri təcrübəsində təqdim olundu. Bu vaxtdan başlayaraq alimlər kimyəvi təkamülün çoxlu digər yollarını təklif etdilər. Bu ideyaladan bir necəsini göstərmək olar, lakin yadda saxlamaq lazımdır ki bunlaran hansının düz olması haqqında vahid bir fikir yoxdur. Biz ancaq bunu dəqiq bilirik ki,bu proseslərdən biri, yaxud hec kimin aglına gəlməyən digəri planetdə ilk hüceyrənin yaranmasına gətirdi. (Pansermiya – həyatın digər yerdə yaranması təsəvvürü düz olmadıgı halda Turşular və əsaslar başlıgında müzakirəyə baxmaq olar.

İlk sıyıq - Miller-Yuri təcrübələrində göstərilənlərə bənzər proseslər nəticəsində atmosferdə molekullar yarandı ki, onlar da sonra yagışla okeana düşdü). Burada (yaxud, ola bilər qabarma nəticəndə yaranan su hövzəsi) isə hələ bizə məlum olmyan proseslər molekulların təşəkkülü nəticəsində ilk hüceyrənin yaranmasına gətirdi

İlk neft ləkəsi - Miller-Yuri prosesləri lipidləri - balaca kürəciklər təşkil edən molekulları spontan olaraq yaradır (biz cox zaman şorbanın səthində damcıyabənzər formalar görürük). Hər bir kürəcikdə təsadüfi sayda molekullar toplaşır. Okean səthində milyonlarla qovucuqlardan biri enerji və material baxımdan düzgün molekul yıgımı təşkil edə bilər ki, o da iki yerə bölünə bilər. Beləliklə ilk hüceyrə yarana bilər.

RNK mühiti - Təkamül nəzəriyyəsi problemlərindən biri də RNK molekullarının istifadəsinə əsaslanan kodlaşdırma sisteminin inkişafı ilə əlaqədardır (həm də bax:Molekulyar biologiyanın əsas ehkamı). Problem bundadır ki hüceyrə DNK –da kodlaşdırılıb, lakin DNK kodda yazılanı oxumaq ücün hüceyrəni aktivləşdirmək lazımdır. Son zamanlar alimlər tapdılar ki PNK hal-hazırda hüceyrədəki DNK kodunda yazılanların formalaşmasında iştirak edir və canlı sistemdəki hüceyrələrin funksiyalrından birini yerinə yetirir. Görünür ki RNK molekullarının yaranması yerdə həyatın inkişafı ücün vacib hadisədir.

Təbii seçmə
Planetdə ilk nəsil verə bilən canlı orqanizm yarandı ki, sonrakı dəyişmələri təbii secmə istiqamətləndirdi. Cox adamlar təkamül termini işlədərkən elə təbii secməni nəzərdə tuturlar. Təbii secmə haqqımdakı təsəvvürü ingilis naturalisti Calz Darvin 1859 –cu ildə nəşr etdirdiyi ‘Növlərin mənşəyində təbii secmənin rolu və ya uygun cinsin həyat ugrunda mübarizədə sag qalması’ adlı monumental əməyində daxil etmişdir. İki əsas mövqeyə əsaslanan təbii secmə ideyasına Darvindən asılı olmayaraq Alfred Rassel (Alfred Russel Wallace, 1823–1913) də gəlmişdir: 1) Istənilən növün nümayəndələri nədə isə bir-birindən fərqlənirlər 2) həmişə qida mənbələri ugrunda rəqabət mübarizəsi gedir. Hər hansı canlı populyasını müşahidə etsək birinci postulatın dogru oldugunu aydınca görərik (insan populyasiyasıda daxil olmaqla). Müəyyən nümayəndələr daha böyükdür, bəziləri bərk qacır, bəzilərinin rəngi təbiətdən secilməməyə imkan verir. İkinci postulat təbiətin həyatının inkar olunmaz bir faktını göstərir- sag qala biləcəyindən xeyli çox canlı dogulur və beləliklə qida mənbələri üzərində daimi rəqabət gedir.

təkamül nəzəriyyəsi (evolution theory)Bu postulatlar birlikdə maraqlı bir nəticəyə gətirir. Əyər növünn bəzi nümayəndələri muəyyən mühitdə ugurlu rəqabət aparmaq imkan verən xüsusiyyətlərə malikdirsə -yırtıcıların ov etmək ücün inkişaf etmiş əzələlərinin olması və sair, bu xüsusiyyətlər onların yaşlı hala kimi böyüməsinə və nəsil qoymasına imkan verəcək. Onların nəsli ehtimal ki bu xüsusiyyəti irsən alacaq. Müasir terminologiyadan istifadə etməklə deyə bilərik ki, sürətli qacışa cavabdeh olan genlər böyük ehtimalla nəsilə öz genlərini verəcək, yavaş qacanlar isə yaşamaq və nəsil qoymaq ehtmialı az oldugu ücün genlərini gələcək nəsilə ötürməyə bilər. Buna görədə nəsildə ‘sürətli’ gen nümayəndələri cox olacaq, sonrakı nəsildə isə daha da artacaq. Beləliklə sag qalma ehtimalını artıran əlamət ən axırda bütün populyasiyada yayılacaq.

Bu prosesi Darvin və Wallase təbii secmə adlandırdılar. Darvin bununla süni secmə arasında oxşarlıq gördü. İnsanlar süni secmədən isifadə etməklə cinsi kamilliyə catmış nümayəndələr icərizində arzu olunan əlaməti daşıyanları secərək cütləşmələrinə imkan yaradırlar. Əyər bunu insanlar edə bilirsə niyə təbiət etməsin? –deyə Darvin düşünürdü. Bu gün planetdə görüdüyümüz zəngin növ formaları adaptiv əlamətlərin uzun zaman intervalında nəsillər ardıcıllıgının kifayət qədər uygunlaşması nəticəsi kimi meydana cıxıb.

Darvin, uniformizm doktrinası tərəfdarları düşünürdülər ki yeni növlərin yaranması tərdriclə - iki populyasiya arasında fərqlər cütləşmə mümkün olmayana qədər, arta-arta davam edir.Sonralar alimlər bu qanunauygunlugun həmişə dogru olmadıgına diqqət etdilər. [4] Gördülər ki növ uzun müddət dəyişməz qalır, sonra isə qəfil dəyişir- bu proses fasiləli tarazlıq adlanır. Doğrudan da biz qazıntıları öyrənən zaman növdəyişmənin hər iki varinatını müşahidə edirik ki, bu da genetikanın müasir təsəvvürü baxımından qəribə görünmür.

Indi bizə yuxarıdakı adı cəkilən iki postulat aydındır: müxtəif növ nümayəndələrinin DNK –sında eyni genin müxtəlif versiyaları yazılır. DNK-nın dəyişməsi təmamilə müxtəlif nəticələrə gətirə bilər: effektin təmamilə olmamasından (əgər DNK –da dəyişilən hissə orqanizm tərəfindən istifadə olunmursa) ta böyük effektlərə kimi (əyər əsas hüceyrəni kodlaşdıran gen dəyişərsə). Əgər gen dəyişmiş olsa, onda ardıcıl olaraq və yaxud sürətlə təbii secmə mexaizmi ya bu genin yayılmasına (əgər dəyişmə faydalıdırsa), yaxud bu genin məhvinə( əyər ziyanlıdırsa) aparacaq. Başqa sözlə dəyişmə sürəti gendən asılı olaraq: əyər dəyişmə baş verdisə təbii secmə dəyişmənin populyasiyada yayılma istiqamətini göstərəcək.

Qazıntı şübutlar
Bitki və heyvan öləndən sonra onların qalıqları ətraf mühitdə səpələnmiş olur. Bəzən onlar torpaga cökə bilər. Vaxt kecdikcə onlar qaya süxurlarına cevrilir. Tədrici kimyəvi proseslər nəticəsində kalsiya skeletlə və yaxud cəsədin digər bərk hissələri ətraf mühitdəki mineral maddələrlə qarışır (nadir hallarda yumşaq strukturlar, məsələn dəri və ya lələklər də qalır ). Ən axırda bu proses qayalarda ideal iz-şəkil qoymaqla daşlaşmış qalıqa cevrilir. Bütün aşkar olumnuş daşlaşmış qalıqlar qazıntı sübutları adlanırlar. Avstraliya qayalarında aşkar olunan qədim cöküntülərdə canlı izlərinin yaşı təxminən 3.5 milliyard ilə bərabərdir. Bunlar indi yer kürəsində müxtəlif cür canlı formalarının tədriclə mürəkkəbləşərək, sadə canlılardan yarandıgı tarixi göstərir. Əksər qədim canlı həyat sadə bir hüceyrəlilərdən ibarət olub. Təxminən 800 milyon il qabaq çoxhüceyrəli həyat formaları yaranıb. Onların bədəni yumşaq oldugu ücün onlardan demək olar ki iz qalmayıb, lakin son onilliklərdə alimlər tapılmış cökündü qalıqlarındakı izlər əsasında onların bu dövrdə yaşadıgını gördülər. Təxminən 550 milyon il qabaq bərk örtüklər və skeletlər meydana cıxdı, bu vaxtdan başlayaraq əsil qazıntı qalıqları tapıldı. İlk onurgalı canlılar-balıqlar 300 milyon il qabaq yarandı,dinozavrlar 65 milyon il qabaq( baxın. Kütləvi ölümlər ) ölməyə başaladılar və 4 milyon il qabaq Afrikada insan qalıqları tapıldı. Bu hadisələr barədə qazıntı qalıqları yazılarında oxumaq olar.

Biokimyəvi sübutlar
Bizim planetdəki bütüb canlı orqanizmlərdə eyni genetik kod var- biz hamımız universal DNK dilində yazılmış müxtəlif informasiya toplusundan ibarətik. Əyər həyat yuxarıda göstərilmiş ssenari əsasında inkişaf edibsə, onda müasir canlı orqanizmlərdə DNK –nın üst-üstə düşməsi ardıcıllıgı ümumi əcdadın nə qədər əvvəl yaşamasından asılı müxtəlifliyə malik olmalıdır. Məsələn, insan və şimpanzedəki eyni DNK ardıcıllıgı insan və balıq arasındakından daha cox olmalıdır, cün ki insan və şimpanze əcdadları 6 million il qabaq, balıq və insan əcdadları isə 100 milyon il qabaq yaşamışdır. Həqiqətən də canlı orqanizmlərin DNK-sını təhlil etməklə bu gümanın təsdiqini görürük. İki orqanizmdə təkamül agacı nə qədər uzaqdadırsa DNK-da o qədər də az oxşarlıq tapılır. Bu ona görə təmamilə aydındır ki, cox vaxt kecdikcə daha cox fərq toplanıb. DNK-nın analizindən istifadə etməklə molekulyar saat adlanan metod bizim gözümüzü təkamülün kecmişinə acır. İnsanın DNK-sının şimpanzeninkinə yaxın olması təkamül nəzəriyyəsinin inandırıcı sübutu sayıla bilər.


Tarix: 08.12.2014 / 15:53 Müəllif: Aziza Baxılıb: 164 Bölmə: Biologiya