beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toxumların yuxu dövrü

Yüz illərlə saxladığımız halda, cücərməyən toxumlar nə üçün torpağa atıldıqda cücərir?
Toxumların yuxu dövrünün ilk mərhələsi qurutma ilə başlayır. Toxum, toxumalardan suyu itirərək yuxuya gedir.
Canlı bitki toxumlarında 90-95% su olduğu halda, yuxu dövründə olan toxumların toxumalarında 5% və ya ən çox 15% qədər su olur. Bu proses müəyyən sıralama ilə genetik nəzarət altında baş verir.
Prossesin həyata keçməsində əsas amil abscisic acid adlandırılan hormondur.
Abscisic acid hormon bitkinin böyüməsinə mane olan hormonlardan biridir.
Bu hormona görə toxumda olan funksiyalar zəifləyir. Yuxu dövründə olan toxumun hüceyrələrində tənəffüs xeyli zəifləyir, qidalanma və inkişaf da baş vermir. On illərlə, hətta əsrlərlə yuxu dövründə qalan və sonra cücərən toxumlar var.
Yuxu dövrü bitkilərin nəsillərini davam etdirmələri üçün olduqca vacibdir. Bitkilərin çətin şəraitlərdə həyatlarını davam etdirə bilmələri üçün belə bir mexanizmin varlığı zəruridir.


Tarix: 08.12.2014 / 16:15 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Biologiya