Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

BiologiyaHomo Sapiens yaxud insan

Anatomiyanın tədqiq etdiyi obyekt — insandır. İnsan bütün canlı varlığın ən alisidir, eyni zamanda ictimai varlıqdır. İctimai həyat qanunları insan üçün əhəmiyyətli rol oynayır. İnsanlar arasındakı münasibəti heyvanlar arasındakı münasibətdən fərqləndirən amil əmək olmuşdur və insanın təbiəti bilavasitə əməklə bağlıdır. İndiki insan (insana latınca — homo və yunanca anthropos deyilir) öz fiziki quruluşuna görə xordalılar tipinə, onurğalılar yaxud kəlləlilər yarımtipinə, məməlilər Amniota sinfinə, ciftlilər bölgüsünə, primatlar dəstəsinə, hominid yaxud insanlar fəsiləsinə Homo sapiens və idraklı insan növünə aiddir. Fiziki quruluşu cəhətdən insana ən yaxın olan meymunlar xüsusən insanabənzər meymunlar antropoidlərdir. İnsan, meymunlarla birlikdə primatlar dəstəsini təşkil edir. İnsanların primatlara aid olması Ardı »

BiologiyaSporlular tipi. Malyariya paraziti

Sporlular tipinin bütün nümayəndələri parazitdirlər. Əksər növlərdə qeyri-cinsi çoxalma, cinsi çoxalma və spor əmələgətirmə növbələşir. Çoxlu sayda nümayəndələri insanda və heyvanda ağır xəstəliklərin törədiciləridir. Parazit həyat tərzi ilə əlaqədar olaraq quruluş xüsusiyyətləri sadələşmişdir. Bu tip iki sinfi özündə birləşdirir: koksidikimilər və qreqarinlər.
Koksidikimilər sinfi. Bu sinfin nümayəndələri hüceyrədaxili parazitlərdir. Qeyri-cinsi çoxalması çoxlu sayda bölünmə (sizoqoniya) formasında baş verir. Sinfin tipik nümayəndəsi malyariya parazitidir. Bu parazitin cinsi çoxalması anofeles cinsindən olan dişi ağcaqanadın bədənində, qeyri-cinsi çoxalması isə insan orqanizmində baş verir. Malyariya paraziti ilə yoluxmuş ağcaqanad insanın qanını sorarkən parazitin sporozoiti insanın qanına düşür. Sporozoitlər (şəkil 12) qan dövranı ilə bədənə yayılır və Ardı »

BiologiyaOrqanizmlərin hüceyrəvi quruluşu

Canlı orqanizmlərdə gedən bütün bioloji prosesləri, o cümlədən, irsiinformasiyaların sirlərini hər şeydən əvvəl hüceyrədə axtarmaq lazımdır. Hüceyrənindaxilində son dərəcə mürəkkəb kimyəvi proseslər və enerji mübadiləsi gedir. Hüceyrəöz mürəkkəb quruluşunu uzun sürən təkamül prosesində qazanmışdır.Hüceyrələr ölçü və quruluşlarına görə çox müxtəlifdirlər. Bu müxtəliflik onlarındaşıdıqları funksiyalarla əlaqədar şəkildə meydana gəlmişdir. Ümumiyyətlə hüceyrələrmikroskopik ölçüdə olur. Məsələn, bakteriyaların çoxunda hüceyrələrin ölçüsü 1-2mmk-dur. Lakin ölçüsü 1-2 mmk-dan bir neçə sm-ə qədər olan adi gözlə görünə bilənhüceyrələr vardır. Quşların, sürünənlərin yumurta hüceyrələri, şirəli meyvələrinparenxim hüceyrələri buna misal ola bilər. Hüceyrə üzvü birləşmələrdən-zülal,karbohidrat, yağ, nuklein turşularının və qeyri-üzvi maddələrdən mineral duzlardan vəsudan təşkil olunmuşdur.Zülallar çox iri molekullar olub, Ardı »

BiologiyaDünyanın ən qeyri-adi göbələklər növləri

Lactarius indigo



Mycena interrupta





Lycoperdon umbrinum





Xanthoria elegans





Amanita muscaria





Clavaria zollingeri





Aseroe rubra





Rhodotus palmatus





Geastrum saccatum





Polyporus squamosus





Clavulinopsis corallinorosacea





Panellus stipticus





Tremella mesenterica





Boletus





Morchella conica Ardı »

BiologiyaTəkamül nəzəriyyəsi

Təkamül nəzəriyyəsi - Yer kürəsinin biosferasının, onu ayrı-ayrı növlərinin tarixi inkişafını iddia edən ideya və konsepsiyaların cəmindən ibarətdir. Birinci təkamül ideyaları antik dövrdən irəli sürülürdü, ancaq Çarlz Darvinin əsərləri təkamülü biologiyanın əsas konsepsiyası edir. Baxmayaq ki, vahid və ümumi qəbul olunmuş bioloji təkamül nəzərəriyyəsi indiyə qədər yaradılmayıb, təkamülü təsdiq edən coxlu sayda elmi dəlilər və nəzəriyyələr mövcud oldugu üçün təkamül faktı elmi ictimaiyyətdə şübhə dogurmur.

Kimyəvi təkamül
Qeyri canlı materialların təşəkkülü nəticəsi kimi sadə canlı sistemin yaranması haqqındakı təsəvvürlər ancaq son zamanlar zənginləşdi. Bu təsəvvür yolunda əhəmiyyətli şaxə 1953 –cü ildə ilk dəfə əsas bioloji molekulların ən sadə kimyəvi reaksiyalar nəticəsində yaranması mümkünlüyünü Ardı »

BiologiyaSüngərlər tipi. Şirin su süngəri

Bədənləri bir hüceyrədən ibarət olan ibtidai heyvanlardan fərqli olaraq qalan heyvanların bədəni çoxlu sayda hüceyrələrdən təşkil olunmuşdur. Çoxhüceyrəlilərin bədənini təşkil edən hüceyrələr quruluşu və funksiyasına görə ixtisaslaşmışdır. Onların bir qrupu həzmi, digər qrupu hərəkəti, üçüncü qrupu ifrazatı və s. yerinə yetirir. Çoxhüceyrəli heyvanların orqanizmdən ayrılmış bir hüceyrəsi müstəqil yaşaya bilməz.
Çoxhüceyrəli heyvanın yaşayışı bədəndə olan bütün hüceyrələr qrupunun birgə fəaliyyətindən asılıdır.
Çoxhüceyrəli heyvanların ən sadə quruluşlu tiplərindən biri süngərlərdir. Əsl çoxhüceyrəli heyvanlardan fərqli olaraq süngərlərin orqan və toxumaları yoxdur. Süngərlərin kisəvari və ya qədəhvari bədəni iki qatdan: xarici dermal (ektoderma) və daxili qatdan (ektoderma) ibarətdir. Bu qatlar arasında yerləşən struktursuz hissə mezoqley adlandırılır. Ardı »

BiologiyaBiologiya rəqəmlərdə-3

1. İnsan orqanizmində 3 cür daxili mühit mayesi (toxuma mayesi, qan, limfa) olur.
2. İnsan orqanizmində 4 qrup toxuma vardır. (Epitel, birləşdirici, əzələ, sinir)
3. Vəzilər 3 cür olur: daxilı sekresiya, xarici sekresiya və qarışıq.
4. İnsan əziyyət çəkmədən 120°C temperatur fərqində (+50°C-dən 70 C — yə qədər) yaşaya bilir.
5. 1 sinir hüceyrəsinə (neyrona) təxminən 10 peyk hüceyrəsi düşur. Yəni sinir toxumasının 11 hüceyrəsindən biri neyrondur.
6. Hər bir neyronda 2 cür (akson, dendrit) çıxıntı ola bilər.
7. Hər bir neyronun ancaq 1 aksonu ola Ardı »

BiologiyaMeyoz cinsi bölünmə kimi

Qametogenez prosesində xromosom sayının iki dəfə azalmasına meyoz və yareduksion bölünmə deyilir. Cinsi yol ilə çoxalan bütün orqanizmləri cinsi hüceyrələr, yaxud qametlər əmələgətirir. Cinsi hüceyrələrin əmələ gəlmə prosesinə qametogenez deyilir. Qametlərin əmələ gəlməsində hüceyrə nüvəsinin bölünməsinin xüsusi halımeyoz əsas sələf hesab olunur. Meyoz yunanca- meyozis- azalma deməkdir. Meyoz,mitozdan kəskin surətdə fərqlənir.Meyozun bioloji mahiyyətini başa düşmək üçün bilmək lazımdır ki, bütün örtülütoxumlu bitkilərin inkişaf sikli iki fazadan diploid, yaxud sporofit fazaları və haploid,yaxud qametofit fazası cinsi hüceyrələrin əmələ gəlməsinə qədər bütün dövrü əhatəedir. Haploid faza isə qametin fəaliyyəti ilə əlaqədardır. Diploid fazası hüceyrəninnüvəsində xromosom haploiddə olduğundan iki dəfə çox olur.
Meyozun bölünməsi

Meyozun biolojo Ardı »