beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mariya Titarenko

Mariya Titarenko (23 mart, 1917 - 26 sentyabr, 2002) - Azərbaycanın opera müğənnisi. Azərbaycan Respublikasının əməkdar artisti (1961).

Yaradıcılığı

Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə M.Titarenko Üzeyir Hacıbəyovun diqqətini cəlb etmiş və dahi bəstəkar ona "Koroğlu" operasında Nigarın partiyasını ifa etməyi təklif etmişdir.

Beləliklə, o, 1943-cü ildən opera teatrında işləməyə başlamış, 1944-cü ildə Koroğlu partiyasının bənzərsiz ifaçısı Bülbüllə birlikdə Nigar partiyasını Azərbaycan dilində ifa etmişdir. M. Titarenkonun yaratdığı 35 səhnə obrazından 6-nı: "Koroğlu", "Azad", "Nizami", "Vagif", "Sevil" operalarındakı obrazları və "Arşin mal-alan" operettasının ekran versiyasında Validə Vəzirova ilə birlikdə ifa etdiyi Gülçöhrə obrazını (aktrisa Leyla Bədirbəyli) Azərbaycan dilində səsləndirmişdir. Ekran əsərinin rus variantında obraz yalnız Titarenkonun ifasında səslənmişdir. O, "Faust", "Bohema", "İolanta", "Yevgeni Onegin", "Qar qız", "Maskarad" və s. operalarda aparıcı partiyaları ifa etmişdir.


Tarix: 22.01.2013 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 191 Bölmə: Bəstəkarlar Və Müğənnilər