Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Polad Bülbüloğlu

Məmmədov Polad Bülbül oğlu (Polad Bülbüloğlu) — bəstəkar, Azərbaycanın sabiq Mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri. Azərbaycan Respublikasının xalq artisti (1982). [1]Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax
5 Xarici keçid
6 İstinadlar


Həyatı

Vladimir Putin ilə

Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olmuşdur. Özünə soyad kimi atasının ləqəbini- Bülbül götürmüşdür.

Azərbaycanlı bəstəkar. Uzun müddət Azərbaycan Respublikasının Mədəniyyət naziri kimi fəaliyyət göstərmişdir. Hazırda Rusiya Federasiyasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiridir.

1973-cü ildən Əməkdar İncəsənət xadimidir. 1982-ci ildə Azәrbaycan SSR xalq artisti adına layiq görülmüşdür.

1989-cu ildәn Azərbaycan Respublikasının Mədəniyyət naziri, 1994-cü ildәn Türksoyun sәdri. 2006-cı ildən etibarən Mədəniyyət Naziri kimi fəaliyyətini dayandırmış və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri kimi fəaliyyət göstərir.

Bülbülün oğludur. ADK-nı bitirmişdir (1968, Q. Qarayevin sinfini). Polad geniş yayılmış bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınmışdır. Kino-filmlәrә, dram tamaşalarına musiqinin, simfoniya, simfonik poema vә s. әsәrlәrin müәllifidir.

Azərbaycanın Rusiyadıkı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb.Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.

Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xodmətlərinə görə təltif edilib.

O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin – ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı "Məhəbbət və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib[2].

Filmoqrafiya
Abbas Səhhət (film, 2007)(qısametrajlı sənədli film)(Aztv)-musiqisindən istifadə edilən bəstəkar ("Uşaqlığın son gecəsi" filmindən)
Abşeron ritmləri (film, 1970)(tammetrajlı musiqili-bədii televiziya filmi)-bəstəkar, filmdə iştirak edən
Aktrisanın təbəssümü (film, 1974)
Ay çox, il çox... (film, 1985)
Babək (film, 1979)
Bombardıman (film, 1991)
Cavanşir (film, 2002)
Dolu (film, 2012)
Əliyevin əli (film, 2000)
Ən vacib müsahibə (film, 1971)
Ərənlər (film, 2005)
Hökmdarın taleyi (film, 2008)
İşgüzar səfər (film, 1982)
İstintaq davam edir (film, 1966)
Konsert proqramı (film, 1971) (II)
Qorxma, mən səninləyəm (film, 1981)
Qorxma, mən səninləyəm-2
Mahnı qanadlarında (film, 1973)
Mən mahnı qoşuram (film, 1979)
Mənə inanın! (film, 2007)
Mənim günahım (film, 1985)
Mir Teymur (film, 2003)
Mücadilə. Birinci hissə. İstiqlalın beşiyi (film, 2006)
Müstəqillik yollarında. Beşinci film (film, 2005)
Müstəqillik yollarında. Dördüncü film (film, 2004)
Müstəqillik yollarında. İkinci film (film, 2004)
Müstəqillik yollarında. Üçüncü film (film, 2004)
Nə vaxta qədər? (film, 1974)
Nəğməkar torpaq (film, 1981)
Oxuyur Müslüm Maqomayev (film, 1971)
Oxuyur Şövkət Ələkbərova (film, 1970)
Papaq (film, 2007)
Payızın 17 anı (film, 2007)
Pəncərədə işıq (film, 1987)
Poladın mahnıları (film, 1982)
Rəfibəylilər (film, 2009)
Sevinc buxtası (film, 1977)
Səmt küləyi (film, 1973)
Səni axtarıram (film, 1981)
Soyuq münasibət (film, 1985)
Sürüşmə (film, 1991)
Şəki (film, 1977)
Təcili yardım lazımdır (film, 1974)
Tikdim ki, izim qala (film, 1997)
Toy (film, 2005)
Uşaqlığın son gecəsi (film, 1968)
Ürək nəğməsi (film, 1989)
Ürək... Ürək... (film, 1976)
Var olun, qızlar... (film, 1972)
Yarımçıq qalmış mahnı (film, 1979)
Yol əhvalatı (film, 1980)
Zəlimxan dastanı (film, 2007)
Zirvəyə gedən yol (film, 1995)


Tarix: 22.01.2013 / 19:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 517 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...