Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhbubə Paşayeva

Paşayeva Məhbubə İbad qızı (1913, Şuşa.-1970) - Azərb. müğənnisi.



Həyatı

Məhbubə İbad qızı Bakı Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur. 1929-cu ildə dram teatrı nəzdindəki opera studiyasına daxil olmuş, burada Ü.Hacıbəylinin "Arşın mal alan" operettasında Gülçöhrə rolunda çıxış etmişdir (1930). Sonradan "Şah İsmayıl"da Ərəbzəngi, "Aşıq Qərib"də Şahsənəm, "Əsli və Kərəm"də Əsli və s. rolları oynamışdır. 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmiş, "Koroğlu" operasında xanəndə qızın partiyasını oxumuşdur. Dövlət xor kapellasında və Azərbaycan Dövlət Filarmoniyasında da fəaliyyət göstərmişdir.


Tarix: 21.01.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 142 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...