Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbdülbağı Zülalov

Bülbülcan (əsl adı Əbdülbaqi Əli oğlu Zülalovdır) (1841, Şuşa – 1927, Bakı) Azərbaycan xanəndəsi.

Həyatı

Bülbülcan adıyla daha çox tanınan Zülalov Şuşada anadan olub. Hələ cavan yaşında Qafqazı və İranı gəzib öz istedadı və müxtəlif dillərdə muğam ifa etmə məharəti ilə muğamsevərlər arasında məşhurluq qazanmışdır. İran şahı Müzəffərəddin şah tərəfindən Şiri-Xurşid ordeninə layiq görülmüşdür.

1875-ci ildən başlayaraq ömrünün 30 ilini Tbilisidə yaşamışdır. Gürcü dilini öyrənib Azərbaycan muğamatlarını o dildə ifa edərdi və onu dinləyən Tbilisililəri mükəmməl səsi, yaraşıqlı xarici görünüşü və artistik davranışı ilə heyran edərdi. Tez-tez yaxın dostu və məşhur tarzən Sadıqcanla çıxış edərdi. 1905-ci ildə Bülbülcan Şuşaya qayıtdı və vaxtını yetim qalan qardaşı uşaqlarının böyütməsinə həsr etdi.

1920-ci illərdən bəri Bakıda yeni açılmış ali musiqi məktəblərdə dərs demişdir. 1929-cu ildə vəfat etdi. Zülalov ailəsi bu günə qədər dahi xanəndənin musiqi ənənələrini davam edir. Bülbülcanın qızı, nəvəsi və qardaşı uşaqları da xanəndə oldu.


Tarix: 21.01.2013 / 20:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 178 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...