Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sıla

Sıla (Sıla Gençoğlu) - Türk pop müğənnisi, musiqiçi və prodüser.Mündəricat
1 Həyatı
2 Albomları
3 İstinadlar
4 Mənbə
5 Xarici keçidlər


Həyatı

17 iyun 1980-ci ildə Türkiyənin Dənizli ilində anadan olub. İbtidai məktəbi Dənizlidə oxuyub. Daha sonra orta təhsilini İzmirdə davam etdirib. İlk musiqi fəaliyyətinə "İzmir Özel Tevfik Fikret Lisesi"də başlayıb və Türk Xalq Musiqisi ilə Türk Sənət Musiqisi xorunda xorçu və solist olaraq fəaliyyət göstərib[1].

1998-ci ildə ali təhsil almaq üçün İstanbula gəlib. Bir il İstanbul Universitetinin Ədəbiyyat Fakültəsi Fransız Dili və Ədəbiyyatı Bölməsində oxuduqdan sonra İstanbul Bilgi Üniversitetinin Caz Vokal Bölməsinə keçib. Bu dövrdə Afyon Caz Festivalinda Neşet Ruacan, Nedim Ruacan və Nezih Yeşilnildən ibarət caz orkestrində solist olaraq fəaliyyət göstərib[1].

Kenan Doğulu ilə 2000-ci ildə tanış olduqdan sonra yeddi il ona vokalistlik edib. Ferhat Göçer (Yolun Açık Olsun/ Vur kadehi Ustam), Kenan Doğulu (Demedi Deme/Boğaziçi), Emel Müftüoğlu (Eğlenilecek Kızlar, Evlenilecek Kızlar/Ağla) kimi müğənnilərə musiqi bəstələmiş və yazmışdır. Sezen Aksu ilə yazdığı və "Sıla" serialının musiqisi olan "Sıla/Töre" musiqisi onu daha da məşhurlaşdırmışdır[1].

Albomları
2007: Sıla
2009: İmza
2010: Konuşmadığımız Şeyler Var


Tarix: 21.01.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 366 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...