Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəzakət Teymurova

Teymurova Nəzakət Xosrov qızı - Azərbaycan müğənnisi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti.Mündəricat
1 Həyatı
2 Albomları
3 Filmoqrafiya
4 Şəkillər
5 Həmçinin bax
6 Mənbə


Həyatı

Nəzakət Teymurova 4 iyul 1972-ci ildə Ağdam rayonunda anadan olub. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı Baza Energetika Texnikumuna daxil olub. Ordan müsabiqə yolu ilə Asəf Zeynallı adına Musiqi məktəbinə daxil olub və 1991-1995-ci illərdə Nəriman Əliyevin sinfində oxuyub.

1995-ci ildə ali təhsil almaq üçün Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, xalq artisti professor Arif Babayevdən dərs almışdır. Elə həmin ildən də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. İlk rolu "Leyli və Məcnun"-da Leyli olub. "Aşıq Qərib"də Şahsənəm, "Gəlin Qayası"nda Gülbahar, "Natavan"da Xanəndə qız, "Vaqif"də Xanəndə qız, "Koroğlu"da Xanəndə qız rolları ilə çıxış etmişdir.

Opera solisti kimi fəaliyyət göstərməklə yanaşı, Nəzakət Teymurova həm də muğam, xalq və bəstəkar mahnılarını da yüksək professionallıqla ifa edir. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Sənətçi Almaniya, ABŞ, Koreya, Yaponiya, Macarıstan, Fransa, Türkiyə, İran, İsveçrədə konsert proqramları ilə çıxış edərək milli muğam sənətimizi ləyaqətlə təmsil etmişdir. Hal-hazırda Opera və Balet Teatrının solistidir, Milli Konservatoriyada və Musiqi Kollecində muğam dərsi deyir.

2000-ci ildə Əməkdar Artist, 2005-ci ildə Dövlət tərəfindən Xalq Artisti adına layiq görülmüşdür. Eyni zamanda 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 2011-ci ilin avqust ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” VIII Beynəlxalq musiqi festivalında YUNESKO-nun “Ən gözəl səs” xüsusi mükafatına layiq görülmüşdür.

Albomları
Qal, sənə qurban
Unuda Bilmirəm

Filmoqrafiya
Güllələnmiş heykəllər (film, 2002)


Tarix: 22.01.2013 / 19:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 319 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...