Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bilal Əliyev

Həyatı

Bilal Şahşirin oğlu Əliyev 1959-cu ildə anadan olub.

Bilal Şahşirin oğlu Əliyev 1982-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunun "Xanəndə" fakültəsinə daxil olmuş, 1986-cı ildə texnikumu müvəffəqiyyətlə bitirmişdir. Əmək fəaliyyətinə həmin ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı vəzifəsi ilə başlamışdır. 1990-cı ildən 1993-cü ilədək "Tərəqqi" mühəndis-kompüter mərkəzində, "İlkin" studiyasında vokalçı vəzifəsində çalışıb. 1993-cü ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı kimi fəaliyyət göstərir. O, Türkiyənin Ankara, İstanbul, Kırıkkale və digər şəhərlərində keçirilən festivallarda, Avstriyanın Vyana şəhərində, Rusiya Federasiyasının bir çox şəhərlərində, Ukraynanın Kiyev şəhərində keçirilən "Azərbaycan Mədəniyyəti Günləri" və "Azərbaycan Musiqisi Gecələri"ndə çıxış etmiş, Azərbaycan musiqi mədəniyyətini təmsil etmişdir. Bundan başqa B.Əliyev Almaniyanın yenidən birləşməsinin X ildönümünə həsr olunmuş EKSPO–2000 sərgisinin rəsmi dəvəti ilə Almaniyada, Azərbaycan Respublikasının Avropa Şurasına qəbul edilməsinin I ildönümü münasibəti ilə Fransanın Strassburq şəhərində keçirilən tədbirlərdə öz məlahətli səsi ilə Azərbaycan musiqisini yüksəklərə qaldırmışdır. Son illərdə B.Əliyev Almaniyanın Mayns şəhərində və Moskvada "Azərbaycan Mədəniyyəti günləri"ndə, Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmiş, Azərbaycan musiqisini tərənnüm etmişdir. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3 kurs tələbəsidir.

2000-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar Artist" fəxri adına layiq görülmüşdür.

Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə Azərbaycan musiqisinin inkişafındakı xidmətlərinə görə xalq artisti fəxri adına layiq görülüb.


Tarix: 21.01.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 250 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...