Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aygün Bəylər

"Əməkdar artist" (2002)

Həyatı

Aygün Hümbətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakının Suraxanı qəsəbəsində anadan olub.

1985-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında xüsusi diploma layiq görülüb. 1996-cı ildən Azərbaycan Televiziya və Radiosunun solistidir.

1987-ci ildə sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yeri tutub. Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ və diqər dövlətlərdə təmsil edib.

2002-ci ildə "Əməkdar artist" adı alıb. Elə həmin ildə müğənni Azərbaycan-Norveç layihəsində iştirak edib.

1999-cu ildən Bakı şəhəri Səbail rayon bələdiyyəsinin üzvüdür.

Filmoqrafiya
Qış nağılı. I film (film, 2002)
Bakı bağları. Buzovna (film, 2007)


Tarix: 21.01.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 221 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...