beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ATANDA BİR BAXAYDIN DA…

Bir gün məni axtararsan,
məndən gen düşən sevdiyim.
Nağıldan sonra alma tək
gözümdən düşən sevdiyim.

Axtararsan, axtararsan
tapa bilməzsən sən məni.
Atanda bir baxaydın da
hayana atmısan məni.

İşdən də xəbər alarsan,
«yerində yoxdu» deyəllər…
Özünü divardan asıb
harasa çıxdı – deyəllər.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 57 Bölmə: Azerbaycan Edebiyyatindan