beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Narazı Olmaram Mən Həyatımdan

Gözündən bir damla axan yaş olsam
Sənin baxışınla göyə ucalsam
Sənlə birgə olub, qocalıb ölsəm
Narazı olmaram Mən həyatımdan

Xoşbəxt bir başlanğıc yaşadım sənlə
Sənsiz yoldaş oldum kədərlə, qəmlə
Haraya istəsən gedərəm sənlə
Narazı olmaram Mən həyatımdan

Sən mənim həyatım, canım olmusan
Damarlarımda axan qanım olmusan
Məndən uzaqlarda Mənim olmusan
Narazı olmaram Mən həyatımdan


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 76 Bölmə: Azerbaycan Edebiyyatindan