Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nökər Olmuşuq

Yalan peymanlara aldanırıq biz,

Özgənin yasına şadlanırıq biz,
Başmızı salmışıq, fırlanırıq biz,
Fələyin çarxına təkər olmuşuq.

Varımız, yoxumuz oğurluq altda,
Oğurluq gizlənib doğruluq altda,
Belimiz əyilib ağırlıq altda,
Bir dünya şələni çəkər olmuşuq.

Hər gələnə ürək açanlardanıq,
Əlacsızlardanıq, naçarlardanıq,
Daima qovulub qaçanlardanıq,
Taleyin gəzdiyi şikar olmuşuq.

Hələ çox yaxşı ki, dilənmirik biz,
Sədəqə yeməyə öyrənmirik biz,
Vallah, hər şeyi də bəyənmirik biz,
Allah`a naşükür nökər olmuşuq.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 109 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...