beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BİR DƏQİQƏLİK SÜKUTNAN

Biz də ölərik, doğmam,
basdırarlar bizləri də.
Bir dəqiqəlik sükutnan
susdurarlar bizləri də.

Biz özümüz sonsuz uzaq,
qəbrimiz yanaşı olar.
Dünyada tək bizdən hündür
ikicə baş daşı olar.

Qəbrimiz üstə ot bitər,
yarpaq keçər aramızdan.
Aramızdan su da keçmir,
torpaq keçər aramızdan.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 49 Bölmə: Azerbaycan Edebiyyatindan