beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

A r a n

A r a n – I əsrin ortalarında Alban çarının adı. Türkcə erən, ərən – şücaətli, cəsur döyüşçü, mərd oğul, qoçaq, qüvvətli sözündəndir. Qeyd etmək lazımdır ki, ərən – döyüşçü sözü hələ er. əv. III minillikdə şumer dilində vardı. III əsrdə hun xaqanlarından Eran (bu ad V əsrə aid qədim erməni mənbəində qeyd olunub), XVIII əsrdə Xivə xanlığına aid sənədlərdə Aran-Qazi və b. şəxs adları ilə müqayisə olunur. I əsrdən IV əsrədək bəzi Alban çarlarının adları məlum deyil. Alban tarixçisi yazır ki, kitablar və Bibliyanın hissələri yandırıldığına görə (VIII əsrin əvvəlində Alban kilsəsi Ərəb xəlifəsinin əmri ilə erməni kilsəsinin tabeliyinə verildikdən sonra erməni kilsə başçısı İlyanın sırıncamı əsasında alban dilində yazılmış kitablar yandırılmış, yeşiklərə doldurularaq Tərtərçaya atılmışdırQeybullayev 94, Məmmədova 93). Albanların bu əsrlərdəki çarlarının adları bilinmir Alban tarixi, I kitab, 8-ci fəsil.


Tarix: 16.01.2015 / 18:34 Müəllif: Feriska Baxılıb: 78 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎