beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixi abidələri və mədəni irsi

İrəvan qalası
Məşhur türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə (h.t. ilə 915), m.t. 1509-1510-cu ildə Şah İsmayıl Səfəvi öz vəziri Rəvanqulu xana qala tikdirilməsi üçün (indiki İrəvan şəhərinin yerində Zəngi çayının sağ sahili boyunca) fərman verdi. Rəvanqulu xan 7 ilə qalanı tikdirib, başa çatdırdı. Qalanın üç qapısı "Təbriz qapısı", "Şirvan qapısı", "Körpü qapısı" və 4 məhəlləsi olmuşdur: "Qala", "Şəhər", "Təpəbaşı" və "Dəmirbulaq". 1864-cü ildən başlayaraq qala divarları tamamilə söküldü.

İrəvan qalasında çoxsaylı karvansaralar da fəaliyyət göstərmişdir. Sərdar, Şeyxülislam, Tağlı, Sulu, Susuz, Hacı Əli, Kömürçü, Gürcü, Culfa, Hacı İlyas və sair karvansaralar elə bu qəbildəndir. Göründüyü kimi, hətta adı ilə belə müsəlman dünyasını yada salan karvansaraların da heç biri bu günə qədər gəlib çatmamışdır.


Tarix: 13.01.2015 / 13:25 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Azərbaycan xanlıqları