Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ Xanlığın inzibati qurluşu

Qarabağ xanlığı şərqdə Şirvan, cənubi-şərqdə Ərdəbil, qərbdə Naxçıvan, şimalda Gəncə xanlıqları ilə həmsərhəd idi. Xanlığın özü paytaxt Şuşa şəhərindən və 25 mahaldan ibarət idi. Xanlığa bağlı mahalları sıralayaq:

Cavanşir-Dizaq mahalı
Xırdapara-Dizaq mahalı
Dizaq mahalı
Dizaq-Cəbrayıllı mahalı
Çulundur mahalı
Püsyan mahalı
Mehri mahalı
Bərgüşad mahalı
Qaraçorlu mahalı
Bağabürd mahalı
Küpara mahalı
Əcanan mahalı
Sisyan mahalı
Tatev mahalı
Vərəndə mahalı
Xaçın mahalı
Çiləbörd mahalı
Talış mahalı
Kolanı mahalı
Dəmirçihəsənli mahalı
Iyirmidörd mahalı
Otuziki mahalı
I Kəbirli mahalı
II Kəbirli mahalı
Cavanşir mahalı
A. Milman Qarabağ xanlığında 21 mahalın olduğunu göstərir[11]. Bəzi qaynaqlarda Bağabürd, Küpara, Əcənan mahalları hamısı bir yerdə Qapanat adlanır. Mahallar nahiyələrə, nahiyələr isə kəndlərə və yaxud obalara bölünürdü.

Mahallara xan tərəfindən təyin olunmuş naiblər başçılıq edirdilər. Bir neçə mahal məlik tərəfindən idarə olunurdu. Məliklər hakimiyyətə irsən yiyələnsələr də, qeyri-məhdud səlahiyyətə malik idilər. Xanlar lazım gəldikdə məlikləri əvəzləyə bilirdilər. Naiblər iri feodallardan, köklü hərbi-köçəri əmirlərdən təyin olunurdular.

Bəzi mahalların (Cavanşir, Cavanşir-Dizaq, Dizaq-Cəbrayıllı, Otuziki, Kəbirli, Dəmirçi-Həsənli, Kolanı, Qaraçorlu, Püsyan) əhalisini köçəri el-obalar təşkil etdiyindən bu məntəqələrə minbaşılar başçılıq edirdilər.


Tarix: 12.01.2015 / 19:12 Müəllif: Feriska Baxılıb: 21 Bölmə: Azərbaycan xanlıqları
loading...