Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vərəndə mahalı

Etimologiyası
Yuxari Qarabagın mahallarından birinin adı. Quruçay, Kirs və Kirs dağından Əlibaba düzünə qədər olan ərazinin əhatə edirdi. (Barx. II 104). (" Qarabağnamələr" II s.13). Peçeneq və qıpçaq tayfalarından birinin adıdır. Rus salnamələrində 1097-ci ilə aid məlumatda peçeneqlərlə yanaşı Berende adı da çəkilir. Bir məlumata görə Bərəndə oğuz tayfalarındandır (İst., II s. 346-347). N.A.Baskakova görə, Rus salnamələrində adları çəkilən Tork, (Türk), Berende və Köv tayfaları Uz tayfasının qolları idi. (Baskakov İqorove, s.79). XIII əsrin əvvəllərində monqolların Cənub-şərqi Avropada hakimiyyətindən sonra Bərəndə (Vərəndə) tayfasının bir hissəsi Bolqarıstan və Macarıstana getmiş, digər hissəsi Dərbənd keçidi ilə Azərbaycana gəlmişdir.

Rus tədqiqatçılarına görə Berede tayfasının kürenləri (türk dillərində min alaçıqdan ibarət hərbi düşərgə) "Kurel" adlanırdı. İndi də rusların Vladimir-Suzdal knyazlığı ərazilərində Berende və Berendeyevo adlı məntəqələr vardır (Poloviy, s. 74). Bir fikrə görə, əslən Peçeneqlərdən olan Vərəndə və Qov tayfaları Cənub-şərqi Avropada erkən orta əsrlərdə qıpçaqlara qarışmışdır (Materialı po istorii karakalpakov. M.X., 1935, s.13). Yuxari Qarabagda Vərəndə (Bərəndə) mahal adı bu elin adını əks etdirir. Lakin qıpçaqların Tərtər və türk tayfalarının adlarını əks etdirən coğrafi adlar VII əsrə aid mənbədə cəmiyyətinə görə həmin tayfaların göstərilən əsrdən əvvəl burada yaşaması fikrini Vərəndə yer adına aid etmək olmur. Ona görə də Bərəndə tayfasının Yuxari Qarabağda məskunlaşma vaxtını müəyyənləşdirmək çətindir. Lakin Yaqut əl-Həməvinin (XIII əsr) Cənubi Azərbaycan ərazisində, Qəzvin ilə Xalxal arasında Bərəndək məntəqə adının çəkməsi göstərir ki, bu el hər halda, XII əsrdən əvvəl Azərbaycan ərazisində yaşayırdı. XIX əsrdə Tiflis quberniyasının Axalsıx qəzasında Varanta (xarabalıq kənd adı), Şimali Qafqazda Terek əyalətinin Qroznı dairəsində Böyük Varanta və Kiçik Varanta, Soçi dairəsində Verendeçay kənd adları ilə mənşəcə eynidir.


Tarix: 12.01.2015 / 18:59 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Azərbaycan xanlıqları
loading...