beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəcəfqulu xan Qasımlı-Avşar

Həyatı
Nəcəfqulu xan Hüseynqulu xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Nəcəfqulu xan 1821-ci ildə Urmiyanın hakimi təyin olunmuşdu. B. Nikitin yazır: «Atası bəylərbəyi Hüseynqulu xan Salmas və Urmiya karvanlarını yağmalayan Albak kürdlərinin bölgədə yaratdıqları qarmaşaya bir son vermək və düzəni yenidən yaratmaq üçün, ölən sədrəzəm Məhəmməd Hüseyn xan Isfahiyə yerinə keçməli olan adamı saraya gətirilməsini əmr etdi, lakin 1236-cı ildə öldü». Abbas mirzə Qovanlı-Qacar 1827-ci ildə Urmiyaya gəlmişdi. “Şahzadə Urmunun hökumətini Nəcəfqulu xan Avşara tapşırdı. Şaha çatdırmaq üçün bir məktub yazıb, qardaşı Qasım mirzəyə verib, Tufarqana yola düşdü. Şahzadə Tufarqana ge¬dərkən sadəcə beş yüz süvari yanına aldı. Qalan kiçik qrupunda komandanlığı Mərhəmətabadda Bəhram mirzəyə buraxdı. Şahzadə öz qrupuna Məhəmməd xan əmirintizam, İbrahim xan Sərdar, Fətəli xan və oğlu Xosrov mirzə kimi bəzi önəmli komandanları da al¬dı. Şahzadənin sağlıq durumu çox ağır olduğu üçün təxt-i rəvanla səfər etmək zorunda qalmışdı. 1827-ci ilin noyabr ayı idi.”. Nəcəfqulu xan 1865-ci ilədək Urmiyanın hakimi olmuşdu.


Tarix: 10.01.2015 / 17:08 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Azərbaycan xanlıqları